00:00:00
Yazar
Admin User
28.11.2025 19:44 116 2 dəq oxuma
Sosial

Azərbaycanda əmlak sığortası ödənişləri 30% artıb

Azərbaycanda əmlak sığortası ödənişləri 30% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 196,2 milyon manat sığorta haqqı yığılıb bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur. Ödənişlərin məbləği isə 34,9 milyon manat olub və 29,7% artım qeydə alınıb. Ümumilikdə sığorta bazarında 1,25 milyard manat sığorta haqqı toplanıb, ödənişlər isə 772,6 milyon manat təşkil edib. Bu göstəricilər müvafiq olaraq 12,9% və 24,2% artım deməkdir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, bəli, əmlak sığortasında ödənişlərin artması bir neçə mühüm meyli əks etdirir:

 

"1. Sığortaya marağın artması-Vətəndaşlar arasında əmlak sığortasına olan maraq yüksəlir, bu da bu sahəyə daha çox diqqət yetirildiyini göstərir.

 

2. Sığorta şirkətlərinin fəaliyyətinin yaxşılaşması – Artan ödənişlər göstərir ki, sığorta şirkətləri daha effektiv işləməyə başlayıb.

 

3. Əmlak bazarında qiymət artımı-Əmlakların dəyəri yüksəldikcə, sığorta məbləğləri də artır. Bu, bazarda baş verən qiymət artımlarının da göstəricisidir.

4. İpoteka kreditlərinin artması-Vətəndaşlar əmlak alarkən ipoteka krediti götürürlər və bu zaman sığorta məcburi olur. Bu da ipoteka bazarının genişləndiyini göstərir.

 

Ümumilikdə sığorta bazarında artım müşahidə olunur və bu, gələcək üçün müsbət gözləntilər yaradır. Lakin bu artım davamlı olacaqmı, bunu zaman göstərəcək.

 

Əmlak sığortası üzrə tariflər isə riskə əsasən müəyyənləşdirilir. Əgər risk yüksəkdirsə, tarif yüksək qalacaq. Sadəcə çox sığorta ödənişi toplanıb deyə tarifləri ucuzlaşdırmaq mümkün deyil. Tarifin azalması üçün yalnız risk səviyyəsinin aşağı düşməsi lazımdır. Əks halda, dəyişiklik gözləmək real deyil". 

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər