00:00:00
Yazar
Admin User
04.09.2025 17:56 140 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib

Azərbaycanda neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən neft və kimya sahəsində 8 yeni dövlət standartı qəbul edilib.

 

Mövzu ilə bağlı iqtisadçı Emin Qəribli “İnformator.az”a açıqlamasında bildirib ki,bazarda məhsullar istifadə olunur,amma o müvafiq keyfiyyətə cavab vermir.

 

”Və bunun tənzimlənməsi üçün daha keyfiyyətli,daha gərəkli məhsulların istehsal olunması üçün müəyyən standartlar tətbiq olunur ki,yəni burda keyfiyyətdən söhbət gedir,burda daha səmərəli istehsaldan söhbət gedir.Bunu istehsal edirlər ki,keyfiyyət artsın.Burda təbii ki,beynəlxalq tələblər də var ki,məhsulu istehsal edirsiz,amma o ancaq daxili bazarda tələb oluna bilər və ixracat üçün yeni standartlar istənilə bilər.Bu da təbii ki,ixrac potensialına təsir edə bilər.Hesab edirəm ki,müsbət halda bazarın tənzimlənməsində bir neçə yollar var və bu standartların tətbiqi həm bazarın tənzimlənməsi baxımından sərfəlidir,həm də keyfiyyətli məhsulların,Azərbaycanın rəqabət qabiliyyətinin artırılması baxımından lazımlı,gərəkli addımdır.Bazarda,iqtisadiyyatda hər insan nə istəyir istehsal edir.Nəticədə istehsal edilən məhsulların tərkib elementləri keyfiyyətsiz olduğuna görə,bu da mənfi təsir edir.Hətta sağlamlığa ziyan ola bilər.Hesab edirəm ki,bu standartların tətbiqi həm keyfiyyətin artırılmasına,həm də ixrac potensialımızın artırılmasına xidmət edəcək”.

 

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər