00:00:00
Yazar
Admin User
15.12.2025 17:25 107 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda ödənişli yolların tətbiqi

Azərbaycanda ödənişli yolların tətbiqi

Azərbaycanda ödənişli yolların sayı artır. Mərhələli şəkildə çəkilən bu yolların ilk nümunəsi Bakı–Quba–Rusiya sərhədi magistralıdır. Yolun 129 kilometrlik ödənişli hissəsi  sınaq mərhələsi sayılır. “Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib. Avtomobil yolunun ödənişli hissəsi Yeni Yaşma ödəmə məntəqəsindən başlayır, Qusar-Xudat yolunun 22-ci km hissəsində bitir.  Hələ ki sürücülər ödənişi yalnız post terminallarla edə bilirlər. Yaxın zamanda onlara elektron kartların verilməsi planlaşdırılır. 

 

“İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bir çox analitik sənədlərdə belə tələb qoyulub ki, əgər ölkə beynəlxalq yükdaşımalarda yerə sahibdirsə, ödənişli yollar olmalıdır:

 

“ Azərbaycan ərazisində bu praktika yeni tətbiq olunur, ümumi olaraq Azərbaycanda 2008-ci ildən sürətli yollar tikilməyə başlayıb. Amma 2019-cu ildən ilk ödənişli yol istifadəyə verilib”.

 

İqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında deyib ki, alternativ pulsuz yol yoxdursa, bu, məcburi ödənişə çevrilir:

 

Şəhərlərarası magistral yolların populyar istiqamətlərdə ödənişli olması mümkündür. Oradan gələn gəlirlə isə yol infrastrukturunun saxlanması normaldır”. 

 

Nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib ki, ödənişli yollarda da problemlər var:

 

Asfalt örtüyü yaxşı olsa da, infrastruktur baxımından çatışmazlıqlar həddən çoxdur. Bu yol sürücülər üçün təhlükə yaradır. Həmin yolda bəzi xidmət növləri mövcud deyil. Qəza baş verərsə, sürücüyə dəstək ola biləcək tibbi yardım və digər infrastruktur yoxdur”.

 

Bütün məntəqələrdə qabaqcıl texnoloji qurğular və təhlükəsizliyi təmin etmək üçün xüsusi nəzarət kameraları quraşdırılıb. Müasir avadanlıqlarla təchiz olunmuş ödənişli yol sitemi istifadəçilərin rahatlıq, güvənlilik və vaxta qənaət baxımından üstünlüyü ilə seçilir.

 

Nərmin Həşimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər