Azərbaycanda onlayn yazarlıq
Son vaxtlar onlayn platformalarda yazarların sayında artım müşahidə olunur.
Mövzu ilə bağlı yazıçı Günay Hacıyeva bildirib ki, onlayn platformada yazmaq yazara iki əsas məqsəd-həm hiss və düşüncələrini sərbəst şəkildə ifadə etmək bacarığı, həm də, auditoriya qazandırır:
"Sırf oxucu qazanmaq üçün yazmaq səmimiliyi aradan qaldırır.Onlayn platformada yazı yazarkən üç əsas məqama-dəqiqlik, aydınlıq və yazı üslubuna diqqət yetirmək lazımdır. Yazmaq üçün ilhamımın olmadığı günlərdə özümə stimul verməyə çalışıram, gün ərzində yazacağım yazını fikirləşirəm. Düşünürəm ki, yazarkən məkan dəyişikliyi etmək də yazara ilham verə bilər".
Kərimova Türkanə
