00:00:00
Yazar
Admin User
10.02.2026 14:26 50 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda pensiyalar indeksləşdirilərək 9,3 % artırılır

Azərbaycanda pensiyalar indeksləşdirilərək 9,3 % artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin yanvarın 1-dək təyin edilmiş bütün pensiyaları Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırır.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, pensiya artımı inflyasiyanı tam qarşılmır və real alıcılıq qabiliyyətini artırmır:

 

“Məlumdur ki, statistik rəqəmlər hər zaman real inflyasiya göstəriciləri ilə tam üst-üstə düşmür. Bu baxımdan, 9,3 faiz artım faktiki qiymət artımları fonunda kifayət qədər cüzi görünür. Artımın pensiyaçıların alıcılıq qabiliyyətinə təsirinə gəldikdə isə, real dəyişiklik müşahidə olunmur və əvvəlki templə davam edir. Çünki 9,3 faiz artım o demək deyil ki, pensiyaçı əvvəllər ay ərzində 3 kiloqram məhsul ala bilirdisə, indi 5 kiloqram ala biləcək. Həmin məhsulun özü də bazarda bahalaşır. Bununla yanaşı, dərman preparatlarının və kommunal xidmətlərin qiymətlərində də artım müşahidə olunur.

 

Pensiyaların indeksləşdirilməsinin dövlət büdcəsinə yükünə gəldikdə isə, hazırda hər hansı ciddi maliyyə çətinliyindən söhbət getmir. Vergi, rüsum, yığımlar və cərimələrin məbləği artıb, eyni zamanda dividend gəlirləri, hasilatın və ixracın artması fonunda valyuta daxilolmaları da yüksəlib. Gələcəkdə büdcəyə müəyyən yük yarana bilər ki, bu da əsasən doğum səviyyəsinin azalması və yaşlı əhalinin sayının artması ilə bağlıdır.

 

Gələcək illərdə pensiya artımlarının davamlılığı isə mövcud büdcə imkanlarından asılı olacaq. İnflyasiya qarşısında pensiyaların artırılması qaçılmazdır, lakin artım faizi həmin dövrdəki büdcə vəziyyətinə əsasən müəyyən ediləcək”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər