00:00:00
Yazar
Admin User
04.09.2025 14:45 199 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemləri qurulur

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemləri qurulur

 

Azərbaycan enerji sektorunda yeni mərhələyə qədəm qoyur. Ölkədə bərpaolunan enerji mənbələrinin sürətli inkişafı üçün böyük miqdarda Batareya Saxlanc Sistemləri yaradılmasına başlanılır.

 

Mövzu ilə əlaqədar olaraq iqtisadçı Günay Hüseynova bildirib ki, Batareya Saxlanc Sistemlərinin qurulması həm də iqtisadi əhəmiyyət kəsb edir:

 

"Ölkəmizdə Batareya Saxlanc Sistemlərinin qurulması olduqca iqtisadi əhəmiyyət kəsb edir.Məlumdur ki,qeyri neft sektorunun inkişafı dövlətimizin əsas prioritet məsələlərindən hesab olunur.Yeni layihənin icrası da həmin görülən işlər çərçivəsindədir.

BSS- in qurulması ölkənin enerji təhlükəsizliyi və dayanıqlığına öz töhfəsini verməklə yanaşı bu sahədən idxal asılılığımızı aradan qaldıracaq, həmçinin ixrac olunmasına da şərait yaradacaq.Bu da aktiv gəlirlərin artması və milli valyutanın dayanıqlığının artırılması baxımdan iqtisadi səmərə təşkil edir. 

Layihənin MDB məkanında ilk olması həm regionda ölkənin nüfuzu həmçinin də texnoloji üstünlük baxımdan strateji əhəmiyyət daşıyır.

Layihə çərçivəsində yerli mütəxəssislərin rolu və yeni iş yerlərinin açılmasına qaldıqda isə bu sahənin yaradılması iqtisadi multiplikativ xarakteri daşıyır .Müəssisənin yaradılması ilə ona bağlı digər sahələrin iqtisadi inkişafına dəstək olunur .Bu da təbii ki,həmin sahələrdə iş yerlərinin açılmasına səbəb olacaq".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər