00:00:00
Yazar
Admin User
26.12.2025 17:53 99 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda rəqəmsal iqtisadiyyata dair statistik göstəricilər sistemi hazırlanacaq

Azərbaycanda rəqəmsal iqtisadiyyata dair statistik göstəricilər sistemi hazırlanacaq

Azərbaycanda rəqəmsal iqtisadiyyata dair statistik göstəricilər sistemi hazırlanacaq. Sənədə əsasən, sistemin icrası 2027-2030-cu illəri əhatə edəcək. İşin əsas icraçısı Dövlət Statistika Komitəsi, yardımçı icraçılar isə İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olacaq.

 

Mövzu ilə bağlı Bakı Ali Neft Məktəbinin kafedra müdiri Altay İsmayılov "İnformator.az"a açıqlamasında bildirib ki, müasir dövrdə bütün proseslər data əsaslı, yəni informasiya və rəqəmlər üzərində qurulur:

 

"Dünyada qlobal miqyasda rəqəmsal transformasiya prosesi gedir və bu proses paralel olaraq rəqəmsal iqtisadiyyatın formalaşmasına gətirib çıxarır. Rəqəmsal iqtisadiyyatın statistik ölçülməsi isə iqtisadiyyat üçün son dərəcə vacib amilə çevrilib. Qlobal səviyyədə gedən bu proseslər iki əsas zərurəti ön plana çıxarır. Birincisi, detallı, etibarlı və güvənilə bilən statistik məlumatların əldə olunması, ikincisi isə sürət faktorudur. Bu o deməkdir ki, müasir dövrdə bütün proseslər data əsaslı, yəni informasiya və rəqəmlər üzərində qurulur. Effektiv və əsaslandırılmış qərarvermə mexanizmi üçün rəqəmlərə sürətli çıxışın təmin edilməsi, eyni zamanda detallı məlumatların mövcudluğu vacibdir. Günlük, aylıq və yarımillik statistik göstəricilərin operativ şəkildə əldə olunması bu ehtiyacı daha da artırır. Məhz bu zərurətlər Azərbaycanda da rəqəmsal iqtisadiyyatın statistik ölçülməsi ilə bağlı qərarın verilməsinə səbəb olub. Bütün sahələrdə olduğu kimi, mikro səviyyədə də qərarlar data əsaslı yanaşma üzərində formalaşdırılır. Ölkənin iqtisadi siyasətinin düzgün qurulması üçün məlumatların əhəmiyyəti, etibarlılığı və vaxtında əldə edilməsi əsas şərtlərdən biridir. İnvestisiyaların istiqamətləndirilməsi, elektron ticarətin hansı sahələr üzrə inkişaf etməsi, beynəlxalq ticarətin qiymətləndirilməsi və digər çoxsaylı amillər iqtisadi siyasətin formalaşmasında rəqəmsal iqtisadiyyatın statistik göstəricilərinə olan tələbatı açıq şəkildə ortaya qoyur".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər