00:00:00
Yazar
Admin User
10.12.2025 18:52 86 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb

Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 57,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az sənaye məhsulu istehsal edilib.


Mövzu ilə bağlı iqtisadçı ekspert Toğrul Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ciddi kəsrin yaranmasının əsas səbəbi neft-qaz sektorunda müşahidə olunan azalmadır:

 

“Azərbaycanda iqtisadiyyatın böyük hissəsi məhz bu sektora bağlıdır və bu sahədəki hər hansı geriləmə ümumi iqtisadi göstəricilərə birbaşa təsir edir. Bəzi digər sahələrdə müəyyən artım olsa da, bu artım ümumi azalmaya kompensasiya edə bilmir. Eyni zamanda, investisiyaların böyük hissəsi sənaye deyil, əsasən infrastruktur layihələrinə yönəldilir. Sənayenin inkişafı isə nisbətən kənarda qalır. Bu səbəbdən sənayedə olan artım da ölkə iqtisadiyyatına ciddi təsir göstərə bilmir. Yəni struktur baxımından əsasən iqtisadiyyatı irəli aparmalı olan sahələrdə yetərli inkişaf müşahidə olunmur”.


Fidan Alışova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər