00:00:00
Yazar
Admin User
17.11.2025 18:37 170 2 dəq oxuma
Sosial

Azərbaycanda startap sahəsinin inkişafı

Azərbaycanda startap sahəsinin inkişafı

Azərbaycanda texnologiya və startap sahəsi sürətlə böyüyür. Gənc sahibkarlar və proqramçılar yeni ideyalarla bazara çıxır, həm yerli, həm də beynəlxalq səviyyədə diqqət çəkirlər. Dövlət və özəl sektor tərəfindən təşkil olunan inkubatorlar, akselerator proqramlar və texnologiya yarışmaları startapların inkişafına dəstək verir.

Bəzi yerli startaplar artıq beynəlxalq bazarda məhsullarını təqdim edib uğur qazanıblar.

 E-ticarət, fintech və süni intellekt sahələrində innovativ layihələr diqqət çəkir. Bununla yanaşı, investisiya cəlb etmək, kadr çatışmazlığı və bazar rəqabəti kimi çətinliklər də mövcuddur.

 

Mövzu ilə bağlı marketoloq İlkin Məmmədkərimov “İnformator.az” saytına açıqlamasında bildirib ki, startapların ən böyük problemi kadr çatışmazlığıdır:

 

"Azərbaycan üçün son vaxtlar innovasiya və startap ekosistemi bərqərar olub. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi bu sahədə müxtəlif müsahibələri, qrant layihələrini misal göstərmək olar. Dövlət startapları dəstəkləyir. Startaplar açıq şəkildə maliyyələşdirilir. Yəni istedadı olan gənclər bu agentlikdə öz startaplarına maliyyə dəstəyi ala bilərlər. Məsələ burasındadır ki, bizdə çox ciddi kadr çatışmazlığı var. İstedadı olan gənclər öz layihəsini təqdim etməkdə çətinlik çəkirlər".

 

Bu mövzu ilə bağlı SMM Abdulla Abdullayev fikirlərini bizimlə bölüşüb:

 

" Startapların beynəlxalq bazarda azlığı müşahidə olunur. Azərbaycanda startapların inkişafı üçün imkanlar son illərdə xeyli genişlənib. Dövlət dəstəyi, KOBİA-nın verdiyi Startap şəhadətnaməsi və vergi güzəştləri gənc bizneslərə ciddi stimul yaradır. Bununla yanaşı, INNOLAND, SABAH.HUB və SUP VC kimi inkubasiya və akselerasiya mərkəzləri gənclərin ideyalarını formalaşdırması, mentor tapması və ilkin məhsul (MVP) hazırlaması üçün mühüm dəstək göstərir.

Yerli startapların beynəlxalq bazarda rəqabət qabiliyyəti tədricən artır. Qlobal bazarda rəqabət aparmaq çətin olsa da, xüsusilə maliyyə problemlərinə görə irəliləyiş yavaş gedir. Buna baxmayaraq, son illərdə müsbət inkişaf tendensiyası müşahidə olunur.

Gənc sahibkarların üzləşdiyi əsas çətinliklər maliyyəyə çıxışın məhdudluğu və “mələk” investorların azlığıdır. Vençur kapitalı ekosistemi yeni formalaşdığı üçün ilkin kapital tapmaq çətindir. Digər mühüm maneə isə kadr çatışmazlığıdır – süni intellekt, data elmi kimi sahələrdə peşəkar mütəxəssislər azdır və güclü texniki komanda qurmaq çətinlik yaradır".

 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər