00:00:00
Yazar
Admin User
20.05.2024 18:14 419 1 dəq oxuma
Sosial

Azərbaycanda su ehtiyyatları tükənəcək?

Azərbaycanda su ehtiyyatları tükənəcək?

"Azərbaycanın su ehtiyyatları 15 faizədək azalıb". Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.

Ölkəmizdə su qıtlığı yarana bilərmi?

Su qıtlığının qarşısı necə alına bilər?

 

Mövzuyla bağlı ekoloq Amin Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə layihələr qurulur:

 

“Qeyd edilən 15% azalma mümkündür. Əslində bu 15%-dən çox da ola bilər. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti apardığı müşahidələr əsasında müəyyənləşdirib. Əlbəttə, əhalinin artımı, su ehtiyyatlarına olan tələbat və eyni zamanda son 30 ildə iqlim dəyişikliyinin su ehtiyyatlarına təsir edib. Su qıtlığı riski Azərbaycanda müəyyən bölgələrdə var ki, bunlar Kür-Araz ovalığı və Aran rayonlarıdır. Bunun da qarşısını almaq üçün tədbir görülməkdədir. Bildiyimiz kimi, keçən ildən Dövlət Su Agentliyi təsis edilib və müvafiq işlər görməkdədir".

 

Ekoloq deyir ki, əsasən kənd təsərrüfatında su qıtlığı müşahidə olunur.

 

“Bunun əsas səbəbi SSRİ-dən qalma suvarma sistemlərinin torpaq altında qalmağıdır. Suyun idarə edilməsində islahatlar aparılsa və infrastruktur yenilənərsə, suyun qıtlığı azala bilər. Bunla yanaşı, işağldan azad olmuş ərazilərdə böyük çaylarımız var ki, burda su infrastrukturu yaradılacaq və həmin su ehtiyyatlarından qonşu ərazilərə veriləcək”.

 

 

Azər Abuşov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər