Azərbaycanda xalça ixracı və idxalı azalıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici bazarlara 64.65 min ABŞ dolları dəyərində xalça və döşəmə örtükləri ixrac edilib.
"İnformator.az" Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31.96 % azalıb.
Hesabat dövründə Azərbaycana idxal olunan xalça və döşəmə örtüklərinin dəyəri isə 18 milyon 415.78 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 278 min 86 dollar və yaxud 6.5 faiz azalma deməkdir.
