00:00:00
Yazar
Admin User
23.08.2025 14:41 144 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 41 milyon 609,91 min ABŞ dolları dəyərində737 milyon 466,31 min kVt/saat elektrik enerjisi ixrac edilib.


"İnformator.az" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən elektrik enerjisinin dəyəri 19,7 %, həcmi isə 21,6  azalıb.


Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 2,23 % təşkil edir. İyulda isə ölkədən 3 milyon 53,04 min ABŞ dolları məbləğində 57 milyon 621,98 min kVt/saat elektrik enerjisi ixrac edilib ki, bu da keçən ilin analoji ayına nisbətən müvafiq olaraq 4,3 dəfə və 3,5 dəfə çoxdur.


Qeyd edək ki, son illər Azərbaycanın ən çox elektrik enerjisi ixrac etdiyi ölkə Türkiyədir. Enerji Gürcüstan üzərindən ötürülür. Əvvəlki illərdə Türkiyə üzərindən Avropa ölkələrinə az miqdarda elektrik enerjisi ixrac olunub. Yaxın illərdə Azərbaycandan Türkiyəyə elektrik enerjisi Naxçıvan üzərindən ötürüləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər