00:00:00
Yazar
Admin User
16.12.2025 19:32 128 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycandan neft alışı barədə İrəvandan rəsmi açıqlama

Azərbaycandan neft alışı barədə İrəvandan rəsmi açıqlama

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycandan ölkəsinə neft məhsullarının tədarükü ehtimalını şərh edib.

 

Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın Ermənistanla ticarət əlaqələrinin bərpasında enerji daşıyıcıları ən rahat və real aktiv hesab olunur:

 

“Çünki Ermənistanın ehtiyacı var. Azərbaycanın isə bu sahədə ixrac imkanı və potensialı mövcuddur. İnfrastruktur baxımından çətinlik yoxdur, çünki Sovet dövründən qalan boru xətləri mövcuddur və istifadə oluna bilər. Təbii qazın belə Ermənistana çatdırılması mümkündür və bu, həm iqtisadi, həm də siyasi baxımdan faydalıdır. Azərbaycan bu ixracla həm gəlir əldə edə, həm də Ermənistanın enerji asılığını Rusiyadan azaltmağa kömək edə bilər. Bu, sülh quruculuğu və iqtisadi münasibətlərin normallaşdırılması baxımından da müsbət addım olar.
Nəticə olaraq, bu layihə tezliklə həyata keçirilə biləcək və yaxın gələcəkdə bu istiqamətdə addımların atılması ehtimalı yüksəkdir”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər