Azərbaycandan Türkiyəyə qaçaq yolla aparılan 33 kilo qızıl ələ keçirilib
Azərbaycandan Türkiyəyə qaçaq yolla aparılan 33 kilo külçə qızıl İstanbulda ələ keçirilib.
İnformator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul qaçaqçılıq Şöbə müdirliyi, Terrorla mübarizə şöbəsi, Narkotiklə mübarizə şöbəsi və Tuzla əyalət Polis idarəsinin heyəti beynəlxalq qızıl qaçaqçılarına qarşı ortaq əməliyyat həyata keçirib. Maşınları yoxlayan polis şübhəli maşınları saxlayaraq axtarış aparıb. Azərbaycan seriya nömrəli bir avtomobil dayandırılaraq yük yerini axtaran zaman 33 kilo 576 qram ağırlığında 39 ədəd külçə qızıl ələ keçirilib. Əməliyyatda 30 və 32 yaşlı iki nəfər saxlanılıb.
Polis idarəsinə gətirilən şübhəlilər “Azərbaycanda zərgərliklə məşğuluq. Türkiyədə qızıl bahlıdır. Əlimizdəki qızılı əridərək satmağa gətirmişik”,-deyib.
Hakim qarşısına çıxarılan şübhəlilər həbs edilib.
