00:00:00
Yazar
Admin User
02.09.2025 08:16 129 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın dövlət büdcəsinin profisiti 42 %-ə yaxın artıb

Azərbaycanın dövlət büdcəsinin profisiti 42 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 26 milyard 359,4 milyon manat, xərcləri isə 22 milyard 308 milyon manat təşkil edib.

 

"İnformator.az"  Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,5 % çox və 0,2 % azdır.

 

Büdcə gəlirləri proqnozdan 2,7 % çox, büdcə xərcləri isə proqnozdan 6 % az icra edilib. Son nəticədə 8 ayda büdcədə 4 milyard 51,4 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 41,6 % çoxdur. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər