00:00:00
Yazar
Admin User
13.11.2025 19:19 141 4 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın gündəlik neft hasilatı 461 min barelə çatıb- OPEC-in son hesabatı

Azərbaycanın gündəlik neft hasilatı 461 min barelə çatıb- OPEC-in son hesabatı

OPEC-in 13 noyabr 2025-ci il tarixli hesabatına əsasən, bu ilin oktyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatı 461 min barel təşkil edib. Bu göstərici ölkənin enerji sektorundakı sabitliyini və qlobal bazardakı mövqeyini qoruduğunu nümayiş etdirir. Mütəxəssislər bildirirlər ki, hasilatdakı bu səviyyə dünya enerji bazarındakı dalğalanmalar fonunda əhəmiyyətli göstəricidir.

 

Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada iqtisadçı Elçin Rəşidov bildirib ki,neft hasilatında sabitlik yoxdur, azalmaq üzrədir, dinamik olaraq azalmaq üzrədir:

 

"Azərbaycan iqtisadiyyatı bu azalmanın təsirindən sığortalanmayacaq. Yəni bu vəziyyətin təsirini inkar etmək mümkün deyil. Qısa müddətdə bəlkə hiss olunmaya bilər, amma dinamik şəkildə azalmaq üzrə olduğu üçün təsiri olacaq. Əgər bu azalma davam edərsə, iqtisadiyyata təsiri həm neft sektoruna, həm də ümumiyyətlə qeyri-neft sektoruna da mənfi təsir göstərəcək. Çünki bizim iqtisadiyyat neftdən çox asılıdır. Neft Fondunda toplanan gəlirlər də azalacaq. Digər tərəfdən, bu bəlkə də bir məcburiyyət yaradacaq ki, ölkə iqtisadi siyasətdə dəyişikliklərə getsin. Çünki bizlə eyni şəraitdə olan, amma nefti olmayan Ermənistan və Gürcüstan iqtisadi göstəricilərdə artıq Azərbaycanı ötüblər. Bu da o deməkdir ki, əgər düzgün iqtisadi siyasət aparılsaydı, biz də onların əldə etdiyi nailiyyətləri əldə edə bilərdik-üstəlik neftimiz də var. Yəni, qısamüddətli perspektivdə hasilatın azalması kəskin olmasa da, bu müddət ərzində tələbatı təmin edəcək. Amma yer gəlmişkən, bizə ayrılmış hasilat kvotası daha yüksəkdir, lakin biz ona belə çata bilmirik. Ona görə də Neft Fonduna daxilolmalar azalacaq və büdcədə də, yəni, əvvəldən qeyri-neft sektorundan gələn gəlirlər üzərində yeni təzyiqlər ediləcək.Daha çox cərimələr, daha çox vergilər, ilbəil biz bunun artmasını hazırda görürük və yəqin ki gələcəkdə də görəcəyik. Bu isə təbii ki, iqtisadi artım tempini daha da zəiflədəcək".

 

 

Həmçinin iqtisadçı bildirib ki,Azərbaycan hasilat kvotasına aşağı saldığına görə OPEC hansısa cəza tədbiri tətbiq edə bilməz: 

 

"Çünki biz bu hüququ keçə bilmirik, istəsək də keçə bilmirik. Ona görə bu baxımdan narahatlıq yoxdur. Amma gələcək üçün bu, onu göstərir ki, məsələn, biz artıq hasilat gücümüzü azaldırıq və əvvəlki qədər OPEC-də Azərbaycanın neft istehsal payı əhəmiyyətli deyil. Bu əhəmiyyət də ciddi şəkildə azalmaqdadır. Və buna uyğun olaraq, gələcəkdə daha aşağı hasilat səviyyəsinə uyğun kvotalar müəyyən oluna bilər. Azərbaycanın yaşıl enerjiyə keçidi barədə elan verilsə də bele bir keçid yoxdur. Yəni, misal üçün, COP29 keçirilir və Yaşıl enerji barədə çox şey deyilir, amma sonra görürsünüz ki, əvvəl ölkəyə elektrik avtomobillərinə, hibrid avtomobillərinə və s. edilən güzəştlər götürülür. Və o deməkdir ki, hazırda vəziyyət başqa cürdür. Və mən demirəm ki, bu yaxşıdır, ya pisdir. Ölkə üçün iqtisadi baxımdan ən yaxşı olan edilməlidir. Və mən qeyd edim ki vaxtilə bizdə yaşıl keçid adına da çox böyük zərərli layihələr maliyyələşdirilib. İqtisadi cəhətdən zərərli layihələr maliyyələşdirilib. Uzun illər, məsələn, bizdə yel dəyirmanları var idi ki, elektrik enerjisi istehsal etməli idilər, amma yeyinti vaxtları idi. Ona görə mən deyirəm ki, iqtisadiyyat üçün zərərli idi. Kiminsə, ola bilsin ki, hansısa yeyintisinə dəstək verilibdir, amma onlar işləmirdilər, elektrik istehsal etmiyiblər. Amma səmərəli o vaxt olardı ki, biz neft qiymətləri azalanda istehsalı azaldardıq, neft qiymətləri artanda istehsalı artırardıq. Və belə bizim neft gəlirlərindən daha çox ölkə üçün sərvət toplamış olardıq. Çünki neft gəlirlərini maksimumlaşdıra bilərdik. Qiymət azalanda istehsalı azaltmaq, qiymət artanda istehsalı artırmaq. Və hazırda bu da baş vermir. Təəssüf edirəm ki, bizim yaratdığımız sərvətlər belə çıxıb ki, lazım olan maksimum dəyərini vermir. Və daha az dəyərə satılır, ölkə üçün gəlirlər azalır. Elektrik istehsal etsə idilər belə, orada yaranacaq elektrikin maya dəyəri o qədər baha başa gəlib ki, hansısa səbəblərdən bizə məlum olmayan səbəblərdən çünki sektor çox qeyri-şəffafdır. Və o qədər baha başa gəlir, məsələn, istər günəş enerjisi, istər də külək enerjisi, adi bizə yaranacaq təminat enerjisindən dəfələrlə , məsələn, 5 dəfə, bəzən daha çox baha başa gəlirdi maya dəyəri. Yəni o da zərər idi. O da deməkdir ki, iqtisadiyyat üçün zərərdir. Onların işləməsi belə zərər olacaqdı. Ona görə ağıllı burada iqtisadiyyata keçid etmək lazımdır, nəinki yaşıl enerji keçidinə. Səmərəli iqtisadiyyata keçid etmək lazımdır. Hazırda ölkədə vacib olan məsələ mənə gəlir ki, qarşıda duran budur. Və əgər biz yaşıl enerjiyə hazırda keçid etsək və bunun neft hasilatına da əlbəttə ki, mən hesab edirəm təsiri olardı, onda dəyişiklik gətirərdi. İndi isə yox. Çünki neft hasilatı hazırda maksimum nə qədər istehsal edə biliriksə, o qədər istehsal edib satmalıyıq. Bu istehsalın maksimum açılması, yəni indiki verilən avadanlıqların imkanı daxilində, kapasitələri daxilində onun üzərində qurulub".

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər