00:00:00
Yazar
Admin User
17.09.2025 17:17 133 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın Gürcüstana ixracında əsas pay neft-qaz və elektrik enerjisinə məxsusdur

Azərbaycanın Gürcüstana ixracında əsas pay neft-qaz və elektrik enerjisinə məxsusdur

Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 541,6 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 32,3% çoxdur.


Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, təbii ki, nə qədər çox ixrac olunsa, bir o qədər yaxşıdır:


“Çünki ölkəyə valyuta gəlir və həmin sektor böyüyür, genişlənir. Amma Gürcüstanın ixrac strukturuna nəzər salanda 183.4 milyon dollar qeyri-neft sektoru olduğunu görürük. 435.6 milyonun 58%-i enerjidir, qazdır, neftdir. Bunlardan əsas da qazdır və 58%-dir. Qeyri-neft sektorunda da ixrac artıb. Keçən il bu vaxtı 136 milyon idi. İndi isə 183 milyona qalxıb. Burada da əsas elektrik enerjisi pay alıb. Gürcüstana ixracımızın artması çox yaxşıdır. Əhəmiyyətli hissəsi neft-qaz və elektrik enerjisidir. Azərbaycanda qeyri-neft strukturu yaxşı inkişaf etmədiyinə görə ixrac imkanlarımız məhduddur. Yenədə artım yaxşıdır. Qeyri-neft sektorunda təqribən 136 milyondan 183 milyona qalxıb. 47 milyon dollar artım var. Bu mövzu müsbətdir. Bu mərhələ əsas qaz və neftin satılmasıdır. Qeyri- neft sektorunda satış artıq çox yaxşıdır. Amma artım çox azdır. Çünki potensialımız çox böyükdür. Ümumiyyətlə artımın olması yaxşıdır. Azərbaycanın ixracı idxalından çoxdur. Bu neft-qaz ixrac etdiyinə görədir”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər