00:00:00
Yazar
Admin User
24.11.2025 18:19 155 2 dəq oxuma
Mədəniyyət

Azərbaycanın ilk qadın rəngkarlarından Vəcihə Səmədovanın anım günüdür

Azərbaycanın ilk qadın rəngkarlarından Vəcihə Səmədovanın anım günüdür

Bu gün Azərbaycan təsviri sənətinin önəmli simalarından biri tanınmış rəngkar, Azərbaycanın ilk qadın rəngkarı olan Vəcihə Səmədovanın anım günüdür. O, yaradıcılığı ilə dövrün sənət mühitinə təravət gətirən, qadınların incəsənətdə yerini gücləndirən və özünəməxsus rəng duyumu ilə fərqlənən bir sənətkar idi. Onun qısa, lakin təsirli ömür yolu Azərbaycan mədəniyyətində silinməz iz qoyub. Bu müsahibədə biz Vəcihə xanımı daha yaxından tanımaq, onun sənətinə və şəxsiyyətinə dair ailə xatirələrini öyrənmək üçün rəssamın nəvəsindən müsahibə almışıq.

 

"İnformator.az"a danışan rəssam Aqşin Feyzullayev bildirib ki, Vacihə Səmədovanın bu sənətə marağını uşağ olarkən atası Kərbalayi Əli müşahidə edib:

 

"Görüb ki, rəsm çəkməyə çox böyük marağı var, həm də kitablara, oradakı şəkillərə baxır və bu onda maraq oyadır. Atası o zaman rəngli karandaşlar alıb və Vəcihə Səmədovada uşaqlıqdan rəsm çəkib. Sözün düzü, onun sənətinin bu günə qədər gəlib bu səviyyəyə çatmağı həm dövlət qayğısı var, açığın desək, həm digər ayrı-ayrı təşkilatlar var. Rəssamlar İttifaqı Vahidə Səmədovanın adınadır, 1965-ci ildən yeganə salon sərgi salonudur. Ondan başqa həm də film çəkilib. Filmin müəllifi atam- Kinorejissor Nicat Feyzullayev, ssenari müəllifi mənimlə atam birlikdə olmuşuq, həmin film çəkilib. Filmin adı: "Azərbaycan rəngkarlığının kraliçası". 2015-ci ildə Xalq Bank kitab buraxıb, ondan öncə 2009-cu ildə Palmani şirkətlər qrupu kitab buraxıb, özü də ən yüksək səviyyədə olub bu kitablar. 2018-ci ildə Fransanın Kann şəhərində Heydər Əliyev Fondu Məhəbbət sərgisutəşkil edib. Vahidə Səmədova ilə Lətif Feyzullayevin sərgisi yəni Lətif Feyzullayev onun həyat yoldaşı olub. Yəni bu işlər bu kimi işlər görülüb. Hər il dəvət olunuruq. Anım günündə doğum günündə televiziya vasitələrində çıxış edirik, danışırıq. 100 illiyi ilə bağlı Azərpoçt markalar buraxıb. Ən yüksək səviyyədə. sağ olsunlar, hər bir dəstəyi göstərir. Sənət üslubu məşhur rus rəssamı Pavel Korinin tələbəsi olub. Pavel Korinin isə çox incə işləmə texnikası olub. Onun ilk müəllimi mənim babam, Vəcihə Səmədovanın həyat yoldaşı Lətif Feyzullayev olub. Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Kollecində olur. Amma sonra Moskvaya gedir və orda onun Pavel Korinin olur. Müəllimi Pavel Korinin incə işləmə texnikası onada keçir. Əgər əsərlərinə diqqət etsək"Göygöl" əsərində xüsusən o xırdalığlara daha çox üstünlük verir".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər