00:00:00
Yazar
Admin User
15.09.2025 08:20 145 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşu 35 %-dən çox azalıb

Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşu 35 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 211 milyon manat investisiya qoyulub.

 

"İnformator.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 % azdır.

 

Təkcə avqustda sektora investisiya qoyuluşu 36,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,2 % çoxdur. Hesabat dövründə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 1,8 %-i informasiya və rabitə sektorunun payına düşüb. Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər