00:00:00
Yazar
Admin User
29.10.2025 19:29 152 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı

Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı

Son illər Azərbaycan hökuməti iqtisadi inkişaf strategiyasında əsas diqqəti qeyri-neft sektorunun genişləndirilməsinə və iqtisadiyyatın diversifikasiyasına yönəldib.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov “İnformator.az”a bildirib ki, ötən dövr ərzində qeyri-neft sektorunda müəyyən artım müşahidə olunub:

 

“Hazırda qeyri-neft sektorunun artım göstəricisi 2,19%-dir. Ümumilikdə isə iqtisadiyyatda qeyri-neft sektorunun payı 70%-ə çatıb. Bu artımı şərtləndirən əsas amillər arasında qeyri-neft sektorunun inkişafı, neft hasilatının azalması və işğaldan azad edilmiş ərazilərdə tikinti və bərpa işlərinin sürətləndirilməsi yer alır. İqtisadi şaxələnmə turizm, kənd təsərrüfatı və xidmət sektorlarında da özünü göstərir. Qlobal bazarlardakı qeyri-sabitlik Azərbaycan üçün müəyyən çağırışlar yaradır. Qlobal iqtisadi şəraitin qeyri-sabitliyi və inflyasiya riskləri Azərbaycan manatının dayanıqlığına təsir edə bilər. Bu çağırışları düzgün qiymətləndirmək və iqtisadi siyasətə uyğun addımlar atmaq vacibdir. Turizmin inkişafı üçün ciddi investisiyaların cəlb edilməsi, infrastrukturun təkmilləşdirilməsi və regionların bazara çıxış imkanlarının artırılması vacibdir. Bu, həm iqtisadi şaxələnməni gücləndirəcək, həm də qeyri-neft sektorunun artımını sürətləndirəcək. Azərbaycanın iqtisadi strategiyasının əsas hədəfi neft gəlirlərindən asılılığı minimuma endirmək və davamlı, ixracyönümlü iqtisadi model formalaşdırmaqdır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti və investisiya layihələri bu strategiyanın mühüm tərkib hissəsidir.
Liberal iqtisadi model və ixracyönümlü siyasət sayəsində qeyri-neft sektorunun payının artırılması və davamlı artım təmin olunması mümkündür”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər