00:00:00
Yazar
Admin User
01.12.2025 18:55 120 2 dəq oxuma
İqtisadiyyat

“Azərbaycanın mövcud neft ehtiyatları da tədricən tükənməkdədir”

“Azərbaycanın mövcud neft ehtiyatları da tədricən tükənməkdədir”

Azərbaycanın energetika naziri Pərviz Şahbazov onlayn formatda keçirilən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 40-cı iclasında iştirak edib.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az” a açıqlamasında qeyd edib ki, hazırda dünya neft bazarının təxminən 50 faizi OPEC+ blokunun nəzarətindədir:



“Digər 50 faizi isə bu quruma daxil olmayan ölkələrin payına düşür. Buna görə də OPEC+ vasitəsilə qəbul edilən qərarlar bazara təsir göstərsə də, qiymətləri və ümumi bazar istiqamətini tam şəkildə müəyyən edə bilmir. Hasilatın artırılması ilə bağlı qərarların təxirə salınması qısamüddətli dövrdə müsbət təsir göstərə bilər. Lakin neft qiymətlərinin ucuzlaşması OPEC+ hasilatın daha sürətlə artırılması qərarlarını yenidən gündəmə gətirməyə məcbur edə bilər. OPEC+ ilkin planınında hasilatın məhdudlaşdırılması təxminən gündə 12 milyon barel həcmində nəzərdə tutulub. Lakin sonradan bu göstərici təxminən 2 milyon barel səviyyəsində saxlanılıb və indi bu məhdudiyyətin aradan qaldırılması müzakirə edilir. Burada əsas məsələ ondan ibarətdir ki, əgər OPEC+ hasilatı azaltdıqca bazarda boşluq yaranırsa, həmin boşluğu ABŞ, Kanada, Braziliya və Norveç kimi ölkələr doldurur və bazar payını ələ keçirir. OPEC+ isə bazar payını itirmək istəmir və bu səbəbdən yenidən daha çox satışa yönəlmək məcburiyyətində qalır. Çünki bəzi ölkələr üçün neft gəlirləri dövlət büdcəsi baxımından həyati əhəmiyyət daşıyır. Bu göstəricilərə əsasən demək olar ki, OPEC+ bu il hasilatı kəskin şəkildə artırmayacaq. Lakin onun qərarları belə bazarda qiymətlərin istiqamətini tam dəyişmək üçün kifayət etməyəcək. Çünki OPEC+ daxil olmayan, xüsusilə ABŞ kimi ölkələr hasilatı sürətlə artırmağa davam edirlər. Bu proseslərin Azərbaycanın daxili enerji siyasətinə ciddi təsiri gözlənilmir. Çünki ölkəmizdə neft hasilatı artıq uzun müddətdir ki, azalma trendindədir və yaxın perspektiv üçün hasilatın əhəmiyyətli dərəcədə artırılması ilə bağlı konkret planlar mövcud deyil. Azərbaycanın mövcud neft ehtiyatları da tədricən tükənməkdədir”.


Fidan Alışova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər