Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft ixracı həcminə görə liderlər açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektorunda 10 özəl şirkət 446,9 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da ötən ilin eyni dövrü (237,7 milyon ABŞ dolları) ilə müqayisədə 88,01 % və ya 209,7 milyon ABŞ dolları çoxdur.
“İnformator.az” ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu dövrdə Azərbaycanın özəl müəssisələri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Prime Cotton" MMC olub.
Şirkətin qeyd edilən dövr ərzində ixracı 90,8 milyon ABŞ dolları (14,21 % və ya 11,3 milyon ABŞ dolları çox) təşkil edib.
