Azərbaycanın pambıq ixracı 5%-dən çox azalıb
Bu ilin ilk 8 ayında Azərbaycan 152 milyon 464.88 min ABŞ dolları dəyərində pambıq ixrac edib.
"İnformator.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5.48% azdır.
Hesabat dövründə Azərbaycandan pambıq idxalının dəyəri isə 6 milyon 273.92 min ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 5.49% çoxdur.
Yanvar-avqust aylarında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 0.89%-ni, idxal isə ümumi idxalın 0.04%-ni təşkil edib.
