00:00:00
Yazar
Admin User
19.12.2025 18:05 105 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın pambıq ixracı 7%-dən çox azalıb

Azərbaycanın pambıq ixracı 7%-dən çox azalıb

Bu ilin 11 ayında Azərbaycan 188 milyon 413.18 min ABŞ dollar dəyərində pambıq ixrac edib.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov “İnformator.az”a açıqlamasınfa bildirib ki, pambıqçılıq sahəsində müşahidə olunan geriləmə əsasən qlobal bazar tendensiyaları və daxili struktur problemləri ilə bağlıdır:

 

“Ölkəmizdən pambıq ixracının azalmasının həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur. Obyektiv səbəblər sırasında dünya bazarlarında pambıq və ipliyə olan tələbatın azalması xüsusi yer tutur. Qlobal bazarlarda müşahidə edilən bu tendensiya Azərbaycanın ixrac imkanlarına mənfi təsir göstərir və iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təkliflərinə marağın zəifləməsi ilə nəticələnir. Yəni mövcud azalma daxili amillərdən deyil, əsasən qlobal bazar proseslərindən qaynaqlanır. Subyektiv səbəblərə gəldikdə isə, ixrac olunan pambığın keyfiyyətinin və rəqabət qabiliyyətinin dünya bazarlarının tələblərinə tam cavab verməməsi əsas problemlərdən biridir. Beynəlxalq bazarlarda mövcudluğu qorumaq üçün yüksək keyfiyyətli və rəqabətədavamlı məhsul istehsalı zəruridir. Hazırda isə bu istiqamətdə müəyyən çatışmazlıqlar qalmaqdadır. Bundan əlavə, pambıqçılıq sahəsinin ölkəmizdə uzun müddət inzibati mexanizmlər əsasında inkişaf etdirilməsi də bazar prinsiplərinin tam formalaşmasına mane olub. Lakin gələcək perspektivdə bu sahənin tədricən normallaşacağı, məhsuldarlıq və keyfiyyət göstəricilərinin yüksələcəyi, nəticə etibarilə isə ixrac və gəlir imkanlarının genişlənəcəyi gözlənilir. Bu baxımdan pambıqçılıq sahəsində baş verən tendensiyaların diqqətlə izlənilməsi və effektiv şəkildə idarə olunması xüsusi əhəmiyyət daşıyır”.


Fidan Alışova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər