00:00:00
Yazar
Admin User
30.06.2025 13:05 202 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın pambıq ixracından gəliri 11 %-ə yaxın azalıb

Azərbaycanın pambıq ixracından gəliri 11 %-ə yaxın azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 88,8 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib.


"İnformator.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilir.


Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,75 % azdır. Təkcə mayda isə Azərbaycan 27,2 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 28,3 % çoxdur.


5 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər