00:00:00
Yazar
Admin User
03.10.2025 14:42 161 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın sığorta sektorunun xalis mənfəəti 17 % azalıb

Azərbaycanın sığorta sektorunun xalis mənfəəti 17 % azalıb

Bu ilin I yarısında Azərbaycanın sığorta sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 17 % az - 81 milyon manat təşkil edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

 

Sənədə əsasən, son 1 ildə qeyri-həyat sığortası üzrə mənfəətlilik 14 milyon manat azalaraq 42 milyon manat, həyat sığortası üzrə mənfəətlilik isə 2 milyon manat azalaraq 39 milyon manat olub.

 

Hesabat dövründə sektorun zərərlilik dərəcəsi 7 faiz bəndi artaraq 85 % olub. Yüksək bazar payına sahib bir neçə sığorta siniflərində zərərlilik dərəcəsinin artması sığorta sektorunun zərərlilik dərəcəsinin artmasına təsir edib. Yanvar-iyun aylarında bazar payı 25 % olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərər əmsalı 9 faiz bəndi artaraq 80 %, xərc əmsalı 3 faiz bəndi azalaraq 29 %, yekun zərərlilik dərəcəsi isə 6 faiz bəndi artaraq 109 % olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər