00:00:00
Yazar
Admin User
29.12.2025 17:46 91 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın Tunisə neft satışı ötən illə müqayisədə zəifləyib

Azərbaycanın Tunisə neft satışı ötən illə müqayisədə zəifləyib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Tunisə 198,7 milyon dollar dəyərində 370,4 min ton neft ixrac edib.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni aylarına nisbətən dəyər baxımından 28,6% azdır.

Əlavə edək ki, hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 204,3 milyon dollar təşkil edib.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, neftin ixracatı müştəriyə bağlı məsələdir:

 

“Azərbaycan nefti üçün yeni müştəri taparsa, ixrac coğrafiyası genişlənər. Ona görə də həcm olaraq elə də böyük həcm deyil. Bu o demək deyil ki, Tunisə daha çox neft satılacaq. Amma yeni bir müştərinin əlavə olunması, yeni ölkələrin siyahıya alınması Azərbaycan üçün daha rahatdır. Neft satışında müəyyən problemlər yaşananda, başqa ölkələrin tələbləri nəzərə alınır. Ona görə də buna strategiya dəyişməsi deyilir. Müxtəlif bazarlara çıxış imkanlarının yoxlanılmasıdır”.

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər