00:00:00
Yazar
Admin User
26.11.2025 18:05 147 2 dəq oxuma
Mədəniyyət

Azərbaycanın unudulan xalq mahnılarının yenidən kəşfi

Azərbaycanın unudulan xalq mahnılarının yenidən kəşfi

Son illər musiqi mədəniyyətində maraqlı bir meyl müşahidə olunur: gənc ifaçılar və araşdırmaçılar unudulmağa üz tutmuş xalq mahnılarını yenidən gündəmə gətirirlər. Ənənəvi melodiyaların müasir tərzdə ifa olunması bu mahnılara ikinci həyat verir, həm də gənc nəsildə milli musiqi irsinə marağı artırır. Bu proses həm mədəni yaddaşın qorunması, həm də xalq musiqisinin yeni nəfəs qazanması baxımından mühüm addım sayılır.

 

Mövzu ilə bağlı əməkdar artisti, tarzən Əliağa Sədiyev "İnformator.az" saytına açıqlamasında bildirir ki, xalq mahnıları müasir janrla birləşsə, daha çox sevilər, amma bunu edərkən peşəkarlıq şərtdir:

 

"Elə xalq mahnıları var ki, az tanınır və ya tanınmır. Onlar yenidən gündəmə gələndə bu musiqi yenidən nəfəs alır. Bu xalq mahnıları yenidən kəşf ediləndə gənclərin buna marağı artır və bu mahnılar yenidən sevilir. Çünki heç bir xalq mahnısı boş bir mahnı deyil. Hamısının dərin mənaları olur. Bu mahnılar gənclərə təqdim ediləndə onların musiqi zövqünə də böyük təsir edir.

Xalq mahnıları hansısa bir müasir janrla işlənə bilər. Əgər müxtəlif janrlara müraciət edilsə, bu zaman həmin janrla bərabər muğam janrı haqqında məlumatlı olmaq vacibdir.

Xalq mahnıları əsrlərdir ki, şifahi şəkildə ötürülür. İfaçılar xalq mahnılarını bir-birindən eşidərək ifa ediblər. Nə qədər janrlar var. Bunların içərisində xalq mahnıları bizi əks etdirir. Əgər hansısa müğənni xalq mahnısını müasir janrla birləşdirsə, bu çox gözəl alınacaq və seviləcək. Amma burada vacib məqam odur ki, həmin müğənninin muğamdan anlayışı olsun. Beləliklə həm insanlar bu musiqini sevəcək, həm də müğənninin adı ucalacaq. Mən düşünürəm ki, bu musiqiyə çox gözəl töhfə verə bilər. Amma peşəkarlıq şərtdir".

 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər