00:00:00
Yazar
Admin User
26.09.2025 17:16 121 2 dəq oxuma
İqtisadiyyat

"Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır"

"Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır"

 

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın valyuta ehtiyatlarının xarici borcdan təxminən 16 dəfə artıq olması ölkənin iqtisadi gücünü və maliyyə sabitliyini nümayiş etdirir. Bu fakt həm də dövlətin düzgün maliyyə siyasətinin, davamlı iqtisadi inkişaf strategiyasının və möhkəm büdcə intizamının bariz göstəricisidir.

 

Mövzu ilə əlaqədar olaraq iqtisadçı Günay Hüseynova "İnformator.az" a açıqlamasında bildirib ki, investisiya mühitinin yaradılması, əsas faktorlardan biridir:

 

"Ölkəmizin ticari tərəfdaşlarının sayının artması,etibarlı investisiya mühitinin yaradılması, innovativ texnoloji inkişaf və rəqəmsal iqtisadiyyata keçid,enerji ixracı sektorunda uğurlu islahatlar valyuta ehtiyatlarımızın artmasına təsir göstərən əsas faktorlar arasındadır.

Ölkə başçısının da məhz qeyd etdiyi iqtisadi dayanıqlılıq sadalananlarla yanaşı ,qeyri neft sektorunda görülən işlərlə bağlıdır.

İqtisadiyatımız inkişaf etsə də müəyyən qədər də olsa əksikliklər mövcuddur.Hal hazırda investisiya mühitinin yaradılması da bu əksiklikləri aradan qaldırmaq üçün nəzərdə tutulub.İlk növbədə neft sektorunun hesabına büdcəyə daxil olmaları azaldıb qeyri neft sektorunun gəlirliliyini artırmaq,işsizlik problemini aradan qaldırmaq,yeni iş yerlərinin açılması investisiya mühitində iqtisadi səmərə təşkil edir.

Bu amillərin ölkənin yaxın illərdə sosial iqtisadi inkişafına təsirinə qaldıqda isə biz bunu yaxın zaman da statistik rəqəmlərlə müqayisə edib hiss edəcəyik.Dövlət büdcəsinin profisiti,tədiyyə balansı,idxal-ixrac ,adambaşına gəlir sayı,yoxsulluq səviyyəsi,əmək haqqı və təqaüdlərdəki artım nisbəti həmçinin inflyasiyanın sürətinin azalması istiqamətində görülən işlər ,milli valyutanın xarici valyutalar qarşısında dayanıqlığını qoruması və sairə iqtisadi amillərlə analiz edəcəyik".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər