00:00:00
Yazar
Admin User
07.09.2015 08:00 806 1 dəq oxuma
Mədəniyyət

Azərbaycanın Xalq artisti dünyasını dəyişdi

İlham Əsgərov beyninə qan sızmasından dünyasını dəyişib
Azərbaycanın Xalq artisti dünyasını dəyişdi
Azərbaycanın xalq artisti, görkəmli aktyor İlham Əsgərov qəflətən dünyasını dəyişib.
 
Bu barədə İlham Əsgərovun yaxın qohumu olan müğənni Rövşən Əziz məlumat verib:
 
\"Qəflətən infarkt keçirdi. Xəstəxanaya aparılan zaman yolda vəfat etdi\"
 
Qeyd edək ki, İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur.
 
İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb. 
 
Allah rəhmət eləsin!
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər