00:00:00
Yazar
Admin User
22.10.2025 15:52 161 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun azalması

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun azalması

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo (ixracın idxacı üstələməsi) son aylarda azalmaqda davam edir. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin ixracı və idxalı arasındakı fərq əvvəlki illə müqayisədə xeyli azalıb.


Mövzu ilə bağlı iqtisadiyyatçı Fuad İbrahimov “İnformator.az”a bildirib ki, müsbət saldonun azalması müasir iqtisadi şərtlər baxımından təhlil edilməlidir:

 

“Hazırda xarici ticarətdə idxal və ixrac əməliyyatları arasındakı müsbət saldo azalmaqda olsa da, bunu problem kimi qiymətləndirmək düzgün olmaz. Azərbaycan iqtisadiyyatı hələ də əsasən neft amilindən asılıdır və bu baxımdan müəyyən dalğalanmalar normaldır. İqtisadiyyatımızın formalaşmasında və təbii sərvətlərimizin dövriyyəyə cəlb olunmasında hələ də ciddi potensialımız var. Faktiki olaraq neft hasilatının azalması və qiymətlərin ucuzlaşması gəlirlərimizin düşməsinə səbəb olur. Bu proseslərin icra mexanizmləri hökmət tərəfindən ciddi araşdırılmalıdır. Məsələn, Sumqayıt Sənaye Parkında aparılan dəyişikliklər artıq bir siqnal xarakteri daşıyır. Eyni zamanda, Mərkəzi Bank yalnız məlumatları toplayaraq bəyan edir, amma iqtisadi problemləri həll etmir. Açılan müəssisə və zavodların dəqiq təftişi aparılmalı, müxtəlif sektorlara müdaxilə imkanları azaldılmalıdır. Bu tədbirlər nəticəsində makroiqtisadi sabitliyi qorumaq və xarici ticarət balansının daha dayanıqlı olmasını təmin etmək mümkündür”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər