00:00:00
Yazar
Admin User
25.12.2025 16:55 213 5 dəq oxuma
İqtisadiyyat

Azərbaycanla viza rejiminin qarşılıqlı ləğvindən sonra turist axını əhəmiyyətli dərəcədə artıb

Azərbaycanla viza rejiminin qarşılıqlı ləğvindən sonra turist axını əhəmiyyətli dərəcədə artıb

Azərbaycan ilə Çin arasında adi pasportlara malik vətəndaşlar üçün viza rejiminin qarşılıqlı ləğvindən sonra turist axını əhəmiyyətli dərəcədə artıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında turizm eksperti Nizami Həsənov bildirib ki, Azərbaycan və Çin arasında viza rejiminin qarşılıqlı ləğvi, hər iki ölkə üçün həm turizm, həm də digər sahələrdə uzunmüddətli və dayanıqlı əməkdaşlıq imkanlarını genişləndirir:

 

"Bu qərarın turizmə təsiri ondan ibarətdir ki, Çin dünyanın ən böyük turizm bazarlarından biridir. Azərbaycan vətəndaşları üçün Çini daha rahat səfər etmək imkanı yaranır, eyni zamanda Çinli turistlərin Azərbaycana marağı və gəlişi artacaq. Bu isə hotellərdən restoranlara, nəqliyyatdan ticarətə qədər bir çox sahəyə müsbət təsir göstərəcək. Viza rejiminin sadələşdirilməsi iş adamlarının daha sürətli və asan şəkildə qarşılıqlı səfərlərinə şərait yaradır. Bu, investisiya layihələrinin artmasına, birgə biznes təşəbbüslərinin formalaşmasına və iqtisadi əlaqələrin dərinləşməsinə səbəb olacaq. Qarşılıqlı səfərlər təhsil, mədəniyyət, elm sahəsində də əməkdaşlıq imkanlarını artıracaq. Tələbə mübadilələri, mədəni festivallar və digər təşəbbüslər üçün zəmin yaranacaq.

 

Ümumiyyətlə, bu addım hər iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirəcək və çoxşaxəli əlaqələrin inkişafına güclü təkan verəcək. Çinlə əməkdaşlıq edən və ya dissinansiya sahəsində fəaliyyət göstərən şirkətlər üçün dil baryeri ciddi maneə yaradır. Azərbaycanda Çin dili bilən mütəxəssislərin çatışmazlığı bu sahədəki inkişafı ləngidir. Bu problemi aradan qaldırmaq üçün bir sıra tədbirlər görülməlidir. Çin dili üzrə təhsil proqramlarının artırılması, universitetlərdə və peşə məktəblərində Çin dili fakültələrinin yaradılması və ya gücləndirilməsi,  Çin dili kurslarının təşviqi, dövlət dəstəyi ilə peşəkar dil kurslarının təşkil olunması, təqaüd proqramları, gənclərin Çində təhsil alması üçün təqaüdlərin artırılması, çinli mütəxəssislərlə əməkdaşlıq, çinli tərcüməçilər və ekspertlərlə birgə layihələr, texnologiyadan istifadə, süni intellekt əsaslı tərcümə alətlərindən geniş istifadədir. Bu istiqamətdə irəliləyiş həm dissinansiya, həm də ümumi iqtisadi-ticari əlaqələr üçün mühüm stimul ola bilər.

 

Son dövrlərdə Azərbaycana gələn turistlərin sayında, xüsusilə də Çin bazarından gələn turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Bu artımı dayanıqlı və effektiv şəkildə idarə etmək üçün Azərbaycanın turizm infrastrukturu çoxsaylı istiqamətlər üzrə təkmilləşdirilməlidir.

 

İlk növbədə, turistlərə təqdim olunan informasiya xidmətləri müasirləşdirilməlidir. Hazırda əksər muzey və mədəniyyət obyektlərində məlumatlar yalnız ingilis və rus dillərində təqdim olunur. Halbuki, Çin turistləri üçün onların dilində yazılı və audio bələdçi sistemlərinin yaradılması vacibdir. Bundan əlavə, QR-kodlar vasitəsilə təqdim olunan rəqəmsal informasiya sistemi qurulmalıdır. Bu üsul, texnologiyaya alışan Çinli turistlər üçün həm rahat, həm də informativdir.

 

Eyni zamanda, əyləncə və interaktiv təcrübələrin artırılması, turistlərin maraqlarını uzun müddətli saxlamaq baxımından olduqca önəmlidir. Muzeylərdə interaktiv zonaların yaradılması, yerli mətbəxlə bağlı master-klasslar, milli mədəniyyət gecələri və oxşar tədbirlər turistlərin təcrübəsini zənginləşdirəcək. Çinli turistlərin Azərbaycana marağını artırmaq üçün bir sıra əsas addımlar zəruridir və bəzi sahələrdə artıq işlər görülməkdədir. Hazırda prioritet olan əsas kriteriyalardan biri Çin dilində informasiyanın əlçatanlığıdır. Turistik məkanlarda və ictimai yerlərdə Çin dilində göstəricilər və lövhələr, bu, çinli turistlərin rahat hərəkət etməsi üçün vacibdir.

Restoran və kafelərdə Çin dilində menyular qastronomiya turizmi baxımından böyük əhəmiyyət daşıyır. Hava limanlarında Çin dilində yönləndirici və izahlı məlumat tabloları, qarşılanma və ilk təəssürat baxımından kritikdir. Turizm saytları və broşürlərin Çin dilində təqdim olunması, onlayn planlaşdırma üçün vacib rol oynayır. Çinli turistlərə uyğun xidmət standartlarının hazırlanması, tur operatorları və bələdçilərin Çin dili bilməsi və Çin mədəniyyətinə uyğun xidmət göstərməsi. Azərbaycan artıq bu istiqamətdə addımlar atmağa başlayıb, lakin kriteriyaların çoxluğu və kompleksliyi səbəbindən bunun tam şəkildə həyata keçirilməsi üçün zaman və koordinasiyalı əməkdaşlıq tələb olunur. Əgər bu proses sistemli şəkildə davam edərsə, yaxın illərdə Çin bazarında Azərbaycanın turizm potensialı daha çox tanına və istifadə oluna bilər. Artan turist axını fonunda xüsusilə Çinli turistlərin cəlbi və məmnuniyyəti üçün Azərbaycanın turizm infrastrukturu əsas istiqamətlər üzrə təkmilləşdirilməlidir. Dil və rəqəmsal informasiya infrastrukturu-muzeylərdə və digər turistik obyektlərdə Çin dili də daxil olmaqla çoxdilli (ən azı ingilis, rus, ərəb, çin) bələdçi məlumatları və audiobələdçilər təqdim olunmalıdır.   QR-kod əsaslı informasiya sistemləri qurulmalıdır. Bu kodlar vasitəsilə turistlər istədikləri məlumatı smartfon üzərindən dərhal ala bilərlər. Əyləncə və təcrübə yönümlü xidmətlər-çinli turistlərin maraqlarına uyğun əyləncə növləri, interaktiv sərgilər, kulinariya təcrübələri (məsələn, yerli mətbəx dərsləri), və milli mədəniyyətlə tanışlıq proqramları yaradılmalıdır.  

 

Xüsusi festivallar və mövsümi tədbirlər təşkil oluna bilər. İctimai infrastruktur və xidmətlərin uyğunlaşdırılması-tualetlərdən tutmuş, nəqliyyat, ödəniş sistemləri (WeChat Pay, Alipay kimi Çində məşhur rəqəmsal ödəniş platformalarının dəstəklənməsi) daxil olmaqla bütün xidmət sahələri uyğunlaşdırılmalıdır.   Bələdçilər və turizm işçiləri üçün Çin mədəniyyəti və turizm protokollarına dair təlimlər keçirilməlidir. Marketinq və əlaqələr-Çin sosial media platformalarında (Weibo, WeChat və s.) aktiv turizm kampaniyaları aparılmalı, Azərbaycan brendi tanıdılmalıdır.   Çinli turizm agentlikləri ilə sıx əməkdaşlıq qurulmalıdır. Bu tədbirlər təkcə Çin deyil, ümumilikdə bütün yüksələn bazarlardan gələn turistlər üçün də ölkəni daha cəlbedici edəcək.

 

Bununla yanaşı, nəqliyyat və ödəniş sistemləri də uyğunlaşdırılmalıdır. Çinli turistlərin istifadə etdiyi Alipay və WeChat Pay kimi platformaların ölkədə qəbul olunması onların alış-veriş və xidmətlərə çıxışını asanlaşdıracaq. Bu, həmçinin ölkədə rəqəmsal ödənişlərin inkişafı üçün də stimul rolunu oynaya bilər. Nəhayət, kadr hazırlığı və mədəniyyətlərarası təlimlər də önəmlidir. Turizm sahəsində çalışan işçilər Çin turistlərinin ehtiyac və gözləntiləri barədə məlumatlı olmalı, mədəniyyət fərqliliklərinə həssas yanaşma nümayiş etdirməlidirlər. Ümumilikdə, bu tədbirlər yalnız Çin deyil, digər yüksələn bazarlardan gələn turistlər üçün də Azərbaycanı daha cəlbedici və rəqabətqabiliyyətli bir turizm istiqamətinə çevirəcək".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər