00:00:00
Yazar
Ayşən Səlimova
13.04.2026 21:38 29 2 dəq oxuma
Sosial

Bədən dili nə deyir? Sözsüz ünsiyyətin gücü

 

Bədən dili nə deyir? Sözsüz ünsiyyətin gücü

İnsanlar ünsiyyət zamanı yalnız sözlərdən istifadə etmir. Araşdırmalar göstərir ki, mimika, jestlər və bədən hərəkətləri qarşı tərəfə ötürülən mesajın böyük hissəsini təşkil edir. 

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib ki,ilk təəssürat və iç səs insanı yönləndirir:

 

“Ümumiyyətlə, insanlar danışarkən mimika və ifadələr bəzən sözlərdən daha güclü təsir göstərir. Bəzən insan doğru danışsa da, bunu üz ifadələrində əks etdirə bilmir və bu onun xarakterindən asılı olur. Hər kəsin özünəməxsus üz quruluşu var və biz çox vaxt qarşı tərəfi ilk təəssürata əsasən dəyərləndiririk. Bu zaman insanın daxilində bir “iç səs” yaranır və deyir ki, bu insana inanım, yoxsa yox. Bu hisslər bəzən bədən dilindən də güclü olur. İnsan qarşısındakı haqqında ilkin qərarı məhz bu daxili siqnallara əsasən verir. Sonradan hadisələr inkişaf etdikcə, “iç səsim demişdi” kimi düşüncələr yaranır”.

 

Həmçinin ekspert bildirib ki, bədən dili və analiz bacarığı aldanmanın qarşısını alır:

 

“İnsan həyatında aldanmaq halları qaçılmazdır. Hətta bəzən ailə daxilində uşaqlar belə kiçik yalanlarla valideynlərini aldada bilirlər. Bu zaman bədən dili : göz qaçırma, əl hərəkətləri və gərginlik kimi detallarla özünü büruzə verir. Diqqətli və sakit insanlar isə bu siqnalları daha yaxşı analiz edərək aldanmaqdan yayınırlar. Eyni zamanda, manipulyasiya edən insanlar hər zaman açıq danışmaya da bilər; bəzən sakitliklə və davranışla təsir göstərirlər. Xüsusilə, Dunning-Kruger sindromu kimi hallar insanları yanıltmağa səbəb olur. Buna görə gənclər bədən dilini düzgün öyrənməli və ünsiyyətdə daha diqqətli olmalıdırlar”.

 

Arzu Poladova

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər