00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
11.09.2026 23:26 51 1 dəq oxuma
Maraqlı

BƏƏ nəhəng süni intellekt data mərkəzi layihəsini dəyişir

BƏƏ nəhəng süni intellekt data mərkəzi layihəsini dəyişir

Birləşmiş Ərəb Əmirlikləri 5 giqavat gücündə böyük süni intellekt data mərkəzi layihəsinin planını dəyişir. Əvvəlcə bütün obyektin Əbu-Dabidə böyük bir kampus şəklində tikilməsi nəzərdə tutulurdu.

 

İranın bölgədə ABŞ-lə əlaqəli texnologiya obyektlərinə hücumlarından sonra layihənin müxtəlif ərazilərə bölünməsi və bəzi hissələrin yeraltında inşa edilməsi nəzərdən keçirilir. Həmçinin obyektlərin raket və dron hücumlarından qorunması üçün əlavə müdafiə tədbirləri planlaşdırılır.

 

Layihə BƏƏ-nin qlobal AI(Süni intellekt)mərkəzinə çevrilmək strategiyasının əsas hissələrindən biridir və OpenAI, Oracle və SoftBank-ın iştirak etdiyi Stargate təşəbbüsü ilə əlaqəlidir.

 

Səkinəbəyim Cəfərova 

Reuters
 

 

#dəyişir #bəə #gündəm #data #nəhəng
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər