00:00:00
Yazar
Admin User
09.01.2026 15:21 69 2 dəq oxuma
İqtisadiyyat

Bölgələrdən zirvələrə

Bölgələrdən zirvələrə

Azərbaycan artan regional və beynəlxalq maraq fonunda nəqliyyat və kommunikasiya infrastrukturunu genişləndirir, enerji və fiber-optik bağlantılar üzrə yeni layihələr həyata keçirir. Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq Azərbaycanın geosiyasi mövqeyini gücləndirir. Ölkə bir çox beynəlxalq səfər və tədbirlərə ev sahibliyi edib, o cümlədən Xankəndidə ECO Zirvəsi və azad edilmiş ərazilərdə müxtəlif forumlar keçirilib. Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü Türk dünyasının birliyini nümayiş etdirib. Bu fəaliyyətlər Azərbaycanın xarici siyasətdə artan rolunu və beynəlxalq nüfuzunu göstərir.

 

Mövzu ilə bağlı iqtisadiçı Pərviz Heydərov "İnformator.az" a açıqlamasında bildirib ki, nəqliyyat və kommunikasiya infrastrukturunun genişləndirilməsi, enerji və fiber-optik bağlantılar üzrə layihələrin həyata keçirilməsi, eləcə də bir sıra nüfuzlu regional və beynəlxalq əhəmiyyətli görüş və tədbirlərin Azərbaycanın müxtəlif bölgə və şəhərlərində təşkil olunması, bütövlükdə ölkənin inkişafına xidmət edir:

 

"Eyni zamanda bu addımlar ölkənin hər bir nöqtəsinin-kəndlərdən tutmuş rayon və şəhərlərə qədər-tərəqqisinə və inkişafına ciddi dəstək verir. Türk Dövlətləri Təşkilatının zirvə görüşü keçirilməmişdən əvvəl, təxminən iki-üç ay ərzində rayonda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılıb. Yollar genişləndirilib, yolətrafı kommersiya obyektlərinin fasadları yenilənib, asfalt örtüyü dəyişdirilib. Bütün bunlar onu göstərir ki, həmin rayonun abadlıq səviyyəsi qısa müddət ərzində xeyli dərəcədə yüksəlib. Ümumiyyətlə, belə mühüm tədbirlərin yalnız paytaxtda deyil, eyni zamanda bölgələrdə-rayon və şəhərlərdə keçirilməsi yerli ərazilərin inkişafına, tərəqqisinə və müasirləşməsinə xidmət edir. Bu cür tədbirlərin təşkili, eləcə də qeyd olunan layihələrin icrası Azərbaycanda regionlar arasında sosial və iqtisadi tarazlığın təmin olunmasına yüksək səviyyədə töhfə verir. Nəqliyyat infrastrukturuna, investisiyalara və iqtisadi geri dönüş məsələsinə gəldikdə isə, bunun nəticələrinin artıq bir hissəsi müşahidə olunur. Uzun müddətdir ki, nəqliyyat infrastrukturunun yenilənməsi və inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir və biz bunun müsbət təsirlərini görməyə başlayırıq. Belə ki, Azərbaycan üzərindən həyata keçirilən yükdaşımaların həcmi artıb, ölkədən həyata keçirilən alış-veriş və ticarət əlaqələri genişlənib, müxtəlif ölkələrlə ticarət dövriyyəsi böyüyüb. Bütün bunlar vaxtilə görülən işlərin artıq öz bəhrəsini verdiyini göstərir. Ekoloji balans məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycanda həyata keçirilən bütün infrastruktur və investisiya layihələri, eləcə də yeni infrastrukturun yaradılması prosesi ən müasir ekoloji standartlara uyğun şəkildə icra olunur. Bu səbəbdən ekoloji balansın pozulmasına yönəlik hər hansı ciddi risk mövcud deyil və bu sahədə zəruri qoruyucu mexanizmlər tətbiq edilir". 

 

Ayşən Səlimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər