00:00:00
Yazar
Admin User
14.03.2017 08:02 1387 1 dəq oxuma
Mədəniyyət

Böyük bayram karvanı Atəşgaha doğru yola çıxıb

Süvarilər və faytonların müşayiəti ilə böyük dəvə karvanı Suraxanı “Atəşgahı”na yola salınıb.
Böyük bayram karvanı Atəşgaha doğru yola çıxıb

İlaxır çərşənbə münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Televiziyasının  birgə təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi  ilə bayram tədbirlərinə başlanıb.

İnformator.az xəbər verir ki, bugün səhər saatlarında Bakı Şəhər İcra Hakimiyyəti binasının yanından yüksək bayram əhval-ruhiyyəsində olan Novruz personajları– Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl, musiqi qrupları, həmçinin süvarilər və faytonların müşayiəti ilə böyük dəvə karvanı Suraxanı “Atəşgahı”na yola salınıb.

Nəzərinizə çatdıraq ki, “Atəşgah”dan od götürən çaparlar dəstəsinin müşayiəti ilə el ağsaqqalı Dədə Qorqudun və Bahar qızın gətirdiyi odla Novruz tonqalı alovlandırılacaq. Saat 19.00-da Dədə Qorqudun Novruz xeyir-duası ilə incəsənət ustalarının iştirakı ilə  Qoşa Qala qapısı önündəki Gənclər meydanında bayram konserti və atəşfəşanlıq keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər