Böyük Britaniya Londonda Çin üçün “mega-səfirlik” tikintisinə icazə verib
Böyük Britaniya hökuməti Londonda Çin Xalq Respublikasının yeni, iri həcmli səfirlik kompleksi tikmək planını təsdiqləyib. Yeni səfirlik Londonun mərkəzində yerləşən Royal Mint Court ərazisində inşa olunacaq və Avropadakı ən böyük Çin diplomatik nümayəndəliyi olacaq.
Qərar ciddi təhlükəsizlik narahatlıqları və siyasi etirazlara baxmayaraq qəbul edilib. Bir sıra siyasətçilər səfirliyin yerləşəcəyi ərazinin strateji baxımdan həssas olduğunu bildiriblər. Hökumət isə layihənin milli təhlükəsizlik qurumları ilə razılaşdırıldığını və risklərin nəzarətdə saxlanıldığını açıqlayıb. Yerli sakinlər qərara qarşı hüquqi addımlar ata biləcəklərini istisna etmirlər.
BBC News
Ayşə Müzəfərli
