00:00:00
Yazar
Ayşən Səlimova
06.03.2026 19:34 36 2 dəq oxuma
Siyasət

BƏƏ Prezidenti İlham Əliyevə zəng edib, İranın Azərbaycan ərazisinə hücumunu pisləyib

BƏƏ Prezidenti İlham Əliyevə zəng edib, İranın Azərbaycan ərazisinə hücumunu pisləyib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan martın 5-də azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. BƏƏ Prezidenti İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyib, hadisə zamanı yaralananların tezliklə şəfa tapmasını diləyib.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev “İnformator.az” a açıqlamasında bildirib ki, İrandan Azərbaycana dünən atılmış pilotsuz uçuş aparatları şübhəsiz ki, regionda ciddi qeyri-sabitliyi tetikleyen bir hadisə kimi qiymətləndirilə bilər:

 

“Baş verən hadisəyə Azərbaycan Prezidentinin, xüsusilə də Dövlət Təhlükəsizliyi Şurasının iclasında münasibət bildirməsi onu göstərir ki, bu hal heç də təsadüfi deyil, planlaşdırılmış xain terror aktıdır. Bu cür terror aktlarının davamlı olmaması üçün Azərbaycan ali hakimiyyəti səviyyəsində məsələyə dərhal münasibət bildirilib. Belə addımların qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinə bir nömrəli səfərbərlik əmri verilib. Regiona mümkün təsirlərə gəldikdə isə demək olar ki, hakimiyyət böhranları yaşayan və vahid komandanlığa tabe olmayan qrupların silahlara nəzarəti bütövlükdə bölgəni müharibə zonasına çevirə bilər. Bu istiqamətdə demək olar ki, hər gün yeni təhdidlərin və yeni müharibə anonslarının şahidi oluruq. Yəni regionların hədəf alınması ehtimalı artır. Baş verən hadisəyə verilən beynəlxalq reaksiya da onu göstərir ki, İranın bu cür əməlləri kifayət qədər pislənir. Qarşısının alınmasına gəldikdə isə, İranda artıq mərkəzi hakimiyyətin zəifləməsi və silahlı qüvvələrin vahid komandanlığa tabe olmaması şəraitində müxtəlif qrupların münaqişə prosesində iştirak etməsi ehtimalı artır. Bu isə İranın müharibənin coğrafiyasını genişləndirməsinə gətirib çıxara bilər. Eyni zamanda, İranın əlində olan hərbi silahlardan istifadə edərək daha geniş ərazilərdə kütləvi dağıntılar törətməsi və strateji əhəmiyyətli obyektləri hədəfə alması dünya iqtisadiyyatına, xüsusilə də Qərb iqtisadiyyatına ciddi problemlər yarada bilər. Bunun qarşısı dərhal alınmalıdır. Bunun üçün isə İranın hazırkı böhranlı vəziyyətinə son qoyulması vacibdir. Bunun necə baş tutacağı isə bugünkü reallıqlar baxımından olduqca çətin görünsə də, tamamilə mümkünsüz deyil. Qarşıdakı proseslərin hansı intensivliklə inkişaf edəcəyinin şahidi olaraq bu addımların qarşısının alınmasının real mexanizmləri görə biləcəyik.”

 

Selcan Xudiyeva

#Siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər