00:00:00
Yazar
Lalə Qafarova
06.03.2026 20:01 30 2 dəq oxuma
Siyasət

BƏƏ Prezidenti İranın Azərbaycan ərazisinə hücumunu pisləyib

BƏƏ Prezidenti İranın Azərbaycan ərazisinə hücumunu pisləyib


 


Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Telefon danışığı zamanı tərəflər bölgədə baş verən son hadisələri müzakirə ediblər. BƏƏ Prezidenti İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın ərazisinə hücumunu pisləyib və yaralananlara tezliklə şəfa arzulayıb. Söhbət zamanı iki ölkə arasında qarşılıqlı dəstək və əməkdaşlıq məsələlərinə də toxunulub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki,  İranın Naxçıvana dron zərbələrindən sonra Azərbaycan Prezidentinə dəstək addımları müxtəlif formalarda özünü göstərir:

 

"Xaricdən Azərbaycana telefon zəngləri var. Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasının xətti ilə müttəfiq və səmimi ölkələr müxtəlif formalarda öz siyasi dəstəklərini ifadə edirlər. Təbii ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin dəstəyi xüsusilə önəmlidir və bunun siyasi əhəmiyyəti mübahisəsiz böyükdür. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın çox yaxşı münasibətləri var. Həm də, iqtisadi, maliyyə sahəsində bu əməkdaşlığın artıq konkret nəticələri var".

 

Eyni zamanda Aydın Quliyevin bir sıra ölkələrin Azərbaycanın ərazi bərpasına biganə qalmasını vurğulayıb. Bəzi ölkələrin müharibədən dağılmış vəziyyətdə çıxmış Azərbaycanın ərazilərinin bərpasına o qədər də isti yanaşmadıqları halda bu sahədə Birləşmiş Ərəb Əmirliyinin konkret əhəmiyyətli addımlarının şahidi oluruq:

 

"Azərbaycanda artıq bir neçə alternativ enerji mənbələri məhz əmirliklərin maliyyə dəstəyi ilə yaradılıb. İki ölkənin arasında aqrar sektorda turizm sahəsində əməkdaşlığın isə inkişafı bütün cəmiyyətin gözünün qarşısında olan formadadır. Aydın məsələdir ki, Ərəb Əmirliklərinin də bu dəstəyi Azərbaycanın regionda mövqeyinin daha da güclənməsini şərtləndirəcək. Bütün ölkələrə Azərbaycana əmirliklərin sadiq və qabiliyyətli bir tərəfdaş şəklində baxdığını mesaj kimi ifadə edəcək. Ərəb Əmirlikləri Prezidentinin bu dəstəyi Azərbaycanın, xüsusilə də bölgə dövlətləri ilə münasibətlərinin daha da möhkəmlənməsinə, bütün bölgədə Azərbaycanın mövqeyini daha da güclənməsinə, öz təsirini, şübhəsiz ki, göstərəcək. Azərbaycanın əslində bizim regionda elə bir ciddi problemi qalmır, müharibəni həll etmişik, Ermənistanla sülh içərisindəyik. Sadəcə, Azərbaycanın hazırda Qərbə yönəlik enerji nəqli sahəsində elə əhəmiyyətli layihələr var ki, bu layihələrin icrası ona daha çox dəstəklərin verilməsindən asılıdır. Bu sahədə də, Birləşmiş Ərəb Əmirliklərinin hazırkı dəstəyi Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək". 


Reyhan Quliyeva

#ərazisinə #baki #yeni #prezidenti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər