00:00:00
Yazar
Səadət Əlizadə
21.06.2026 14:06 24 1 dəq oxuma
İqtisadiyyat

Bərpa işləriylə əlaqədar Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur

Bərpa işləriylə əlaqədar Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur

Mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən xəbər verilib.

 

 

Qeyd edilib ki, anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədi ilə texniki işlər icra edilir: "Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb. Nəticədə Bakı şəhərinin müxtəlif rayonlarının ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatındakı fasilələrə görə abonentlərdən üzr istəyirik".

 

Bildirilib ki, yaxın zamanlarda suyun tam həcmdə verilməsi bərpa olunacaq.

#azalmalar #suyun #azərbaycan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər