00:00:00
Yazar
Zeynəb Yunuszadə
28.04.2026 21:11 18 1 dəq oxuma
Dünya

BAƏ OPEC-dən ayrılır – enerji bazarında yeni mərhələ

BAƏ OPEC-dən ayrılır – enerji bazarında yeni mərhələ

Birləşmiş Ərəb Əmirlikləri (BAƏ) Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) ayrılmaq qərarını açıqlayıb. Bununla da ölkənin 1967-ci ildən davam edən üzvlüyü başa çatır.

"İnformator.az" "BBC Türkçe" -yə istinadən xəbər verir ki, rəsmi açıqlamada bu addımın BAƏ-nin uzunmüddətli iqtisadi baxışı və strategiyası ilə bağlı olduğu bildirilib. Ölkə rəhbərliyi gələcəkdə dünyada enerji tələbatının daha da artacağını düşündüklərini qeyd edib.

 

BAƏ-nin energetika naziri Süheyl Məhəmməd əl-Mazrui bildirib ki, təşkilatdan çıxmaqla ölkə artıq OPEC-in müəyyən etdiyi neft hasilatı kvotalarına riayət etmək məcburiyyətində qalmayacaq.

Qeyd edək ki, OPEC üzv ölkələrin nə qədər neft hasil edəcəyini müəyyən edən və bu yolla dünya neft qiymətlərinə təsir göstərən bir təşkilatdır.

1960-cı ildə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela tərəfindən yaradılan təşkilat sonradan digər ölkələrin də qoşulması ilə genişlənib. Daha əvvəl Ekvador, İndoneziya, Qətər və Anqola da OPEC-dən ayrılmışdı.

#bazarında #azərbaycan #enerji #baə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər