00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
04.07.2026 12:08 26 1 dəq oxuma
Araşdırma

BAĞÇALARA QƏBULDA YENİ MƏRHƏLƏ-Elektron qəbul prosesi "myGov" üzərindən aparılacaq

BAĞÇALARA QƏBULDA YENİ MƏRHƏLƏ-Elektron qəbul prosesi "myGov" üzərindən aparılacaq

Bağçalara qəbul prosesində yeni mərhələ başlayır. Proses ilk dəfə “myGov” vasitəsilə aparılacaq. Bəs qeydiyyatdan necə keçmək lazımdır?
 

Proses iyulun 7-i Naxçıvanda, 9-u isə Bakı şəhəri üzrə bağçalarda başlayacaq. 4-5 yaşlı uşaqların qeydiyyatı 11, 1-3 yaşlıların qeydiyyatı isə 15:00-da baş tutacaq.

 

MÜTDA-nın (Məktəbəqədər Ümumi Təhsil Dövlət Agentliyi) sektor müdiri Zenfira Sevdimalı bildirib ki, valideynlər qeyd olunan tarixlərdə “myGov” kabinetinə daxil olaraq “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini seçməklə elektron müraciət prosesini həyata keçirə bilərlər.

 

Bəs vətəndaşların fikirləri necədir? 

 

Vətəndaş: "Bağçaların qəbul prosesini bu şəkildə həyata keçirməsi bizim işimizi xeyli asanlaşdıracaq"

Vətəndaş: "Mygov üzərindən heç yerə getmədən elektronla istədiyin yerdən qoşulub uşaqları qeydiyyata bağçaya salmaq olar".

Vətəndaş:"Şəffaflıq baxımından belə şeyin olmağını müsbət qiymətləndirirəm".

 Bəs ekspertlər bu addımı necə dəyərləndirir?

 

Sosioloq Üzeyir Şəfiyev hesab edir ki,bu həm vətəndaşlıq məmnunluğunu təmin etmək baxımından, həm bürokratik əngəllərin aradan götürülməsi baxımından, həm şəffaflıq baxımından əhəmiyyətli bir addımdır.

 

Qeyd edək ki, qeydiyyat  zamanı maksimum 3 bağça seçmək mümkün olacaq. “Mygov”da yaradılan növbə boş yer olduqda minimum 5 gündən sonra sorğuya çevriləcək. Sorğu yaradıldıqdan sonra isə 7 gün ərzində tələb olunan sənədlər bağçaya təqdim edilməlidir.

 

Cəfərova Səkinəbəyim

 

#aparılacaq #xəbər #qəbul #qəbulda #mərhələ-elektron
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər