00:00:00
Yazar
Admin User
06.02.2026 16:09 103 2 dəq oxuma
İqtisadiyyat

“Bağlantı layihələrinin taleyi regiondakı sülhdən asılıdır”

“Bağlantı layihələrinin taleyi regiondakı sülhdən asılıdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

 

Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, Naxçıvan-Azərbaycan dəhlizi region ölkələri üçün də iqtisadi imkanlar yaradacaq:

 

“TRIPP Cənubi Qafqazın mühüm layihələrindən biri hesab olunur. Azərbaycan iqtisadiyyatı tərəfdən mövzuya baxış keçirsək, logistika və nəqliyyat sahəsinin inkişafı, həmçinin gəlirliliyi, bundan əlavə, daşınmalarda yaranan əlavə məsrəfin aradan qaldırılması, bu bölgədəki əmək qabiliyyətli əhalinin iş imkanlarının artması baxımından iqtisadi əhəmiyyət kəsb edir. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, qeyri-neft sektorunun inkişafı dövlətimiz üçün prioritet məsələdir. Ölkə iqtisadiyyatının hər zaman sabit, stabil, həmçinin xarici investisiyalara söykənən gəlirə ehtiyacı var”.

 

İqtisadçının sözlərinə görə, iqtisadi əməkdaşlığın və bağlantı layihələrinin taleyi birbaşa regiondakı siyasi sabitlik və sülh prosesindən asılıdır:

 

“İqtisadi əməkdaşlığın dərinləşməsinin sülh prosesinin davamlılığına təsirinə qaldıqda isə, başlanğıc sülh məsələsidir. Regionda sülh olmasa, nə dövlətin, nə də sahibkarın marağı olar. Sülhün olması qarşılıqlı ticari tərəfdaşlıq üçün olduqca əhəmiyyətlidir. Bu əməkdaşlığın “ömrü” regiondakı siyasi proseslərdən keçir. Bağlantı layihələrinin reallaşmasının nəqliyyat dəhlizləri üzrə rəqabəti necə dəyişməsinə qaldıqda isə, rəqabət mühiti təbii ki, gözləniləndir. Burada əsas maraq dairəsi xarici investoru ölkəyə gətirməkdir. Avropa-Asiya arasındakı tranzit dəhliz, həmçinin Rusiya və İran arasındakı daşınma məsələsi də rəqabət mühitini artıran faktorlardır. Lakin həmin ölkədəki siyasi sabitlik, əlverişli şərait və s. kimi amillər də var. Orta və uzun müddətdə biz hadisələrin gedişinə bağlı olaraq müzakirə edəcəyik”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər