Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edilib
Azərbaycan Dəmir Yolları QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 21, 22 və 23 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Mövzu ilə bağlı ADY mətbuat jurnalisti Bəxtiyar Hacıyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Dəmir Yolları” QSC Bakı-Qazax-Bakı marşrutu üzrə hər gün hər iki istiqamətdə (gündəlik 4 reys) reyslər təşkil edir:
“Qatarlar Bakıdan 08:00 və 18:00-da, Qazaxdan isə 07:57 və 16:17-də hərəkət edir. Bundan başqa, tələbat artdığı halda həftəsonları Bakı-Ağstafa-Bakı xətti üzrə əlavə reyslər təyin edir. Qatarlar Bakıdan 08:30-da, Ağstafadan isə 17:20-də hərəkətə başlayır. Tələbat olduğu halda, xüsusilədə həftəsonları və bayram günlərində Bakı-Ağdam-Bakı, Bakı-Qələbə-Bakı marşrutları üzrə əlavə reyslər təyin edilir, Bakı-Balakən-Bakı qatarına əlavə vaqonlar qoşulur. Qatarlar hər gün texniki baxışdan keçir”.
Aytac İbrahimova
