00:00:00
Yazar
Admin User
27.11.2025 18:19 108 2 dəq oxuma
Sosial

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC noyabrın 28-də artan sərnişin tələbatını nəzərə alaraq Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Yeni qatar Bakıdan saat 08:30-da, Ağstafadan isə 17:20-də yola düşəcək. Sərnişinlər həmçinin gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səyahət edə bilərlər.Bundan başqa, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə "Şamaxinka"–Lökbatan dairəsi arasında yerləşən Bakı Dairəvi-1 yolunun 14 km-lik hissəsində sürət həddi 100 km/saatdan 90 km/saata endirilib və yeni yol nişanları quraşdırılıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, Azərbaycan regionları üzrə dəmir yolu xəttlərinin açılması, həmin dəmir yolu şəbəkəsinin keçdiyi ərazilərdə yerləşən rayon mərkəzlərinin inkişafına ciddi təsir göstərir:

 

"Belə ki, stansiyaların fəaliyyəti həmin bölgələrdə gediş-gəlişi artırır, yeni iş yerləri yaradılır və insanların məşğulluğu təmin olunur. Bu da öz növbəsində iş qrafiklərinin və iş prinsiplərinin daha rəngarəng və dinamik olmasına şərait yaradır.

 

Əgər stansiyalar bağlı qalarsa, vətəndaşlar maaş alsalar belə, bu prosesin faydalı olduğunu demək düzgün deyil. Çünki bu, qeyri-səmərəli idarəçilik nümunəsi olar. Nəqliyyat vasitələrinin idarə olunmasında bərabərlik prinsipi qorunmalıdır. Stansiyalar vasitəsilə qatarların hərəkəti təmin olunduqda, həmin ərazilərdə ticarət obyektləri – restoranlar, marketlər, kafe və digər xidmət sahələri fəaliyyətə başlayır. Nəticədə insan axını tənzimlənir və bölgə iqtisadiyyatına müsbət təsir edir. Əgər bu aktivlik təmin olunmazsa, bölgələrdə durğunluq yaranar, insanlar yalnız maaşla kifayətlənmək məcburiyyətində qalırlar. Halbuki, dəmir yolu xəttləri və stansiyalar çevik, məqsədyönlü və vətəndaşlara faydalı şəkildə fəaliyyət göstərsə, bunun həm iqtisadi, həm də sosial baxımdan böyük faydası olar. Bu səbəbdən də bu cür təşəbbüslər mütləq dəstəklənməlidir və bu istiqamətdə vacib addımların atılması zəruridir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər