00:00:00
Yazar
Admin User
18.02.2015 06:57 1974 1 dəq oxuma
Araşdırma

Bakı Dövlət Universitetinin müəllimləri xarici universitetlərdə

Təlimlərdə xarici dillərin tədrisi ilə bağlı müxtəlif metodik məsələlər müzakirə olunub, ümumi ingilis dili kursu (EGP) və xüsusi məqsədlər üçün ingilis dili kursu (ESP) arasındakı oxşar və fərqli xüsusiyyətlərə aydınlıq gətirilib
Bakı Dövlət Universitetinin müəllimləri xarici universitetlərdə

BakıDövlətUniversitetinin humanitar fakültələr üzrə ingilis dili dili kafedrasının əməkdaşları Mənsurə Ağayeva və Zəhra Əhmədova Şotlandiyanın Qlazqo Universitetində TEMPUS-544293-FLEPP (Foreign Languages Education for Professional Purposes) layihəsi çərçivəsində keçirilmiş müəllimlər üçün təlim proqramında (“Teacher Training Program”) iştirakediblər.

         Təlimlərdə xarici dillərin tədrisi ilə bağlı müxtəlif metodik məsələlər müzakirə olunub, ümumi ingilis dili kursu (EGP) və xüsusi məqsədlər üçün ingilis dili kursu (ESP) arasındakı oxşar və fərqli xüsusiyyətlərə aydınlıq gətirilib, dilin tədrisinə kommunikativ yanaşma məsələsi müzakirə olunub. Qlazqo Universitetinin həm ingilis, həm də digər xarici dil dərslərini müşahidə edən BDU əməkdaşları sonra dərslərin ümumi müzakirəsini qrup halında keçiriblər.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin bütün fakültələrində bir qayda olaraq ingilis dilinin və digər xarici dillərin tədrisinə başlayarkən, ilk olaraq dil bazasını formalaşdıran və mükəmməlləşdirən ümumi xarici dil kursu tədris olunur. Bu kursun tədrisi üçün seçilmiş materiallar tələbələrin dil səviyyəsinə müvafiq olaraq müəyyənləşdirilir. Xarici dillərin tədrisinin növbəti mərhələsində isə peşəkar məqsədlər üçün, yəni ixtisasla bağlı seçilmiş materiallar tədris olunur və tələbələrin bu sahədə dil vərdişləri inkişaf etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər