00:00:00
Yazar
Admin User
04.02.2026 14:59 44 2 dəq oxuma
Maraqlı

“Bakı Metropoliteni” İT sistemlərini “Hökumət buludu”na köçürüb

“Bakı Metropoliteni” İT sistemlərini “Hökumət buludu”na köçürüb

“Bakı Metropoliteni” İT sistemlərini “Hökumət buludu”na köçürərək Virtual server (IaaS) və Rezervlənmə (BaaS) xidmətlərindən istifadə etməyə başlayıb. Bu addım qurumun kritik sistemlərinin yüksək əlçatanlığını təmin edir və informasiya texnologiyaları xərclərini azaldır. Layihəni icra edən “AzInTelecom” Cənubi Qafqazda “TIER III” sertifikatına malik ilk qurumdur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu cür qərarların qəbul edilməsi müasir dövrdə texnologiyaların yüksək inkişaf səviyyəsinə çatdığını göstərir:

 

"Texnologiyalar sürətlə inkişaf edir və idarəetmə, ödənişlərin təşkili, eləcə də digər sistemlər artıq texnoloji yeniliklərə əsaslanır. Bu, müsbət və sevindirici haldır. Son dövrlərdə inteqrasiya proseslərinin sürətlənməsi və çevik, innovativ sistemlərin ölkəyə gətirilməsi müşahidə olunur. Bu da sərnişin axınlarının daha effektiv tənzimlənməsinə imkan yaradır. Məsələn, yeni ödəmə sistemləri tətbiq edilib və bu sistemlər uğurla sınaqdan keçirilib. Bu yeniliklər nəqliyyat axınlarına, xüsusilə sərnişin hərəkətinin inteqrasiyasına müsbət təsir göstərəcək. Yaxın gələcəkdə marşrutlar üzrə ödəmə sistemlərinin, dəmir yollarında, avtovağzallarda bilet satışlarının və ödəmələrin vahid sistemdə birləşdirilməsi gözlənilir. Eyni zamanda müasir texnoloji izləmə sistemlərinin tətbiqi də mümkün olacaq.

Hərəkət varsa, irəliləyiş də olmalıdır. Çünki biz qlobal sistemin bir hissəsiyik və bu proseslərə qoşulmalıyıq. Əsas prioritet vətəndaş məmnuniyyətinin artırılmasıdır. Bu məmnunluq eyni zamanda iqtisadi səmərəliliyin qorunmasına xidmət edəcək. Belə texnoloji yeniliklər İT sistemlərində üstünlüklər yaradır. Hökumət buludu isə informasiyanın dayanıqlığını və təhlükəsizliyini təmin etməyə dəstək olacaq".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər