00:00:00
Yazar
Aysel Mirzəyeva
10.03.2026 21:06 25 1 dəq oxuma
İqtisadiyyat

Bakı-Naxçıvan-Bakı təyyarə reysləri bərpa edilib

Bakı-Naxçıvan-Bakı təyyarə reysləri bərpa edilib

Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Bakı-Naxçıvan reysləri nəqliyyatı sürətləndirir və iqtisadi-turizm əlaqələrini gücləndirir:

 

“Bakı-Naxçıvan birbaşa reyslərinin artması sərnişinlərin və yüklərin daşınmasını daha effektiv və daha sürətli edir. Həmçinin alternativ marşrutlara ehtiyac da azalır. Bir məsələ də var ki, Naxçıvan Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı yerləşdiyi üçün hava nəqliyyatı mövcud vəziyyətdə ən səmərəli, sürətli və stabil əlaqə vasitəsi hesab olunur. Turizm və iqtisadi məsələlərə gəldikdə isə, Bakı-Naxçıvan reysləri yalnız nəqliyyat vasitəsi deyil, həm də iqtisadi və turizm əlaqələrinin inkişafı üçün vacib rol oynayır. İqtisadi baxımdan biznes sahələrinin sayı artır, ticarət dövriyyəsi sürətlənir və xidmət sektorunda canlanma hiss olunur. Turizm baxımından isə Naxçıvanın tarixi abidələri və turizm potensialı turist axınının artması üçün geniş imkanlar yaradır. Birbaşa uçuşlar daxili turizmin daha da canlanmasına və turların təşkilinin asanlaşmasına şərait yaradır. Bakı-Naxçıvan marşrutu ölkəmizdə yüksək sərnişin tələbatı olan daxili marşrutlardan biridir və bir çox hallarda doluluq göstəricisi təxminən 80 faiz civarında olur”.


Arzu Poladova

#azərbaycan #bakı-naxçıvan-bakı #edilib #reysləri #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər