Bakı Türk Anadolu Liseyi yeni ünvana köçürülür
Köçmə prosesində burada hər hansı bir çətinlik yalnız şagirdlərə müvafiq dövr ərzində yeni ünvana adaptasiya olmaqla bağlı yarana biler.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi "informatir.az"a açıqlamasında bildirib ki, bilirsiniz ki, məktəbin demək olar ki, heyyəti, istər təhsil alan, istər, təhsil verənlər müvafiq ərazi üzrə köçürülürlərsə, onların yerləşmə məsələsi müəyyən qədər zaman tələb edir:
" Həmçinin ora uyğunlaşma məsələsidə buna daxildir. Qalan digər hallarda isə düşünürəm ki, əgər yeni ünvan infrastuktur bakmından ve coğrafi yerləşmə mövqeyi baxımından her iki tərəf üçün həm təhsil alan həm də təhsil verən uyğun ərazidə yerləşirse, o zaman hər hansı ciddi bir çətinliklərin olacağını düşünmürəm. Ancaq uyğunlaşma mərhələsində müəyyən çətinliklər yaşana bilər. O da yuxarıda qeyd etdiyim kimi müəyyən bir müddət sonra aradan qalxa bilər ".
Gülcan Salahova
