Bakı turistlərin gözü ilə...
Tarixi irsi, müasir memarlığı və zəngin mətbəxilə Bakı hər il minlərlə turistə qucaq açır.
SORĞULAR:
- Bakıya dünən gəlmişəm, bu mənim ikinci səfərimdir. Buranı çox sevirəm, yeməkləri çox dadlıdır. İki gündür bulvarda gəzirəm, hər yer çox gözəldir.
- Bura çox yaxşıdır, İnsanları, yeməkləri - bütün bunların hamsı zövqvericidir.
- Buranın havasını, memarlığını və binaların üslubunu çox sevdim. İnsanlar çox mehriban, yeməklər isə sadəcə heyrətamizdir.
- Mənim adım Tariqdir, Pakistandan gəlmişəm. İyulun 5-dən buradayam və burada xaricilər üçün çox yaxşı imkanlar gördüm. Xüsusilə kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaq istəyirəm.
- Hər yer təmizdir, bizi gözəl qarşılayırlar. Tamamilə dəqiqdir ki, buraya bir daha gələcəyik.
- Bura ailəvi gəzmək üçün çox gözəl, mənzərəli yerdir, hər kəsə tövsiyə edirəm. Yenicə Nizami küçəsini gəzmişik, ind indi isə yeməyə restoran axtarırıq. Haqqında çox eşitdiyim məşhur dönərinizi dadmaq üçün səbirsizlənirəm.
Mütəxəssislər bildirirlər ki, şəhərin tarixi simasını qoruyaraq müasir infrastrukturun qurulması Bakının turizm potensialını daha da cəlbedici edir.
TİTR: CEYHUN AŞUROV - EKSPERT
“Ölkəmizə gələn turistlər bu iki fərqli tarixləri bir yerdə görməklə daha çox maraq kəsb edir və bunları da gəzirlər. Bura gələn qonaqlar üçün Bakıdan çox uzaq olmayan yerlər, ərazilər var ki, maraq kəsb edən yerlər sayılır, tarixi yerlər sayılır Və bu da turizm marşrutları Abşeronla bağlı bir neçə turizm marşrutları var ki, istər Yanardağ, palçıq vulkanları, Qobustan və s. digər yerlərə də turistlər ziyarət edə bilirlər”.
Regiondakı geosiyasi proseslər ölkəmizə gələn turistlərin coğrafiyasını da dəyişib. Hazırda İran və Körfəz ölkələrindən gələnlərin sayında azalma olsa da, yeni istiqamətlər hesabına balans qorunur. İndi Hindistan və Pakistanla yanaşı, Orta Asiya, Çin və Şərqi Avropadan gələn turistlərin aktivliyi müşahidə olunur.
LALƏ QAFAROVA, ZAHİR ZAHİDOĞLU, AZTV XƏBƏR